Son 1 ayda valyuta ehtiyatları 13,2 faiz azalıb

Zöhrab İsmayıl: “Manatın yenidən dəyərini itirməsi qaçılmazdır”

Samir Əliyev: “Hər bir halda hər şey dünya bazarında neftin qiymətinin dəyişmə istiqamətindən asılı olacaq”

Source:


Z


öhrab İsmayıl:





Manat


ı


n yenid


ə


n d


ə


y


ə


rini itirm


ə


si qa


çı


lmazd


ı


r




Samir


Əliyev:





H


ə


r bir halda h


ə


r


ş


ey d


ü


nya bazar


ı


nda neftin qiym


ə


tinin d


ə


yi


ş


m


ə


istiqam


ə


tind


ə


n as


ı


l


ı


olacaq



2015-ci ilin fevral ayının yekunlarına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard ABŞ dolları təşkil edib. Bu barədə fins.az AMB-nin saytına istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz, ilin əvvəlində nisbətən 20 faiz azdır. Son 1 ayda isə valyuta ehtiyatları 13,2 faiz və yaxud 1,7 milyard dollara yaxın azalıb.

Məlumatı Meydan TV-yə şərh edən iqtisadçı Zöhrab İsmayıl bildirib ki, Mərkəzi Bank dekabr-fevral ayları arzındə valyuta ehtiyatlarının təxminən 27 faizini manatın kursunu saxlamağa sərf edib. Fevral ayında MB-nin valyuta intervensiyası yüksək həddə çatıb və bunun nəticəsində isə manatın 34 faiz devalvasiyasına məcbur olub. MB-nin valyuta rezervlərinin kəskin azalması göstərir ki, Azərbaycanın rəsmi tədiyyə balansında müsbət saldo olsa da, ölkədə xarici valyuta çatışmamazlığı hiss olunur. Deməli, rəsmi açıqlanan tədiyyə balansı reallığı əks etdirmir. Ölkənin neft gəlirlərinin azalması xarici valyuta çatışmamazlığına səbəb olub.

“Fevralda manatın devalvasiyası yaxın bir neçə ayda valyuta rezervlərinin azalmasına bir qədər səngitsə də, gələcəkdə rezervlərin azalması və manatın yenidən dəyərini itirməsi qaçılmazdır. Hazırkı proqnozlara görə xam neftin Avropada qiymətinin düşməsi gözlənilir. Əgər neftin qiyməti bir qədər də düşərsə, Azərbaycanda xarici valyuta defisiti yenidən özünü büruzə verə bilər ki, bu da MB-nin rezervlərinin tükənməsini sürətləndirə bilər.”,- Zöhrab İsmayıl belə söyləyib.

İqtisadçı Samir Əliyev Mərkəzi Bankın valyuta azalmasına səbəbi son dövrlər manata güclü təzyiqin olması fonunda devalvasiya gözləntilərinin yaratdığı panika ilə izah edir. “Əhali kütləvi şəkildə dollar alışına girişməsi nəticəsində dollara tələbat artdı və Mərkəzi Bankın bazara intervensiyası kəskin artırdı. Əgər proses belə davam etsəydi qısa müddətdə valyuta ehtiyatı “əriyərdi”. Çünki xüsusilə də yumşaq devalvasiya zamanı gündəlik intervensiyanın həcmi 500 milyon dollar olub. Ehtiyatın azalmasına həm də valyuta ehtiyatına daxil edilən avronun ucuzlaşması da səbəb olub. Ötən ay dollara münasibətdə avro 0,8 faiz ucuzlaşıb, funt sterlinq isə 2,5 faiz bahalaşıb. Funtun bahalaşmasına rəğmən Mərkəzi Bankın valyuta ehtiyatının ikinci ən çox paya malik avronun ucuzlaşması azalmanı şərtləndirib”.

Onun sözlərinə görə, hökumət kəskin devalvasiyaya getdikdən sonra intervensiya demək olar ki, yox səviyyəsindədir. Ona görə növbəti aylarda Mərkəzi Bankın ehtiyatlarının kəskin azalması müşahidə edilməyəcək. Azalma tempi aşağı düşəcək. Hər bir halda hər şey dünya bazarında neftin qiymətinin dəyişmə istiqamətindən asılı olacaq.

Ana səhifəXəbərlərSon 1 ayda valyuta ehtiyatları 13,2 faiz azalıb