SOCAR Palmali şirkətinin gəmilərinin müsadirə edilməsini təkzib edib

”Gəmilərin limana buraxılmaması ilə bağlı məlumata malik deyilik”

Source:


”Gəmilərin limana buraxılmaması ilə bağlı məlumata malik deyilik”

“SOCAR Mübariz Mənsimov və ya “Palmali” Şirkətlər Qrupuna məxsus gəmiləri müsadirə etməyib, ona qarşı buna bənzər hər hansı bir tədbir də görməyib”.

Bunu “APA-Economics”in sorğusuna cavab olaraq SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov SOCAR-ın “Palmali” Şirkətlər Qrupuna məxsus 14 gəminin müsadirə etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən

bildirib.

“Palmali” şirkətlərinə aid olan gəmilərin limanlara buraxılmamasına gəlincə, İ.Əhmədov bildirib ki, bu məsələ müvafiq orqanların səlahiyyətindədir: “SOCAR bununla bağlı hər hansı məlumata malik deyil”.

Yanvarın 15-də mətbuatda SOCAR-ın Palmali şirklətinə məxsus 14 gəmini müsadirə etməsi və şirkətə məxsus gəmilərin limana buraxılmaması barədə məlumat

yayılıb.

“Qafqazinfo” saytına müsahibəsində “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov bildirib ki, SOCAR-la 35/65-ə pay nisbəti olan ortaq şirkəti olub və həmin şirkətdən ayrıldığına görə 14 tankeri SOCAR-a

buraxıb.

M.Mənsimov həmçinin də “Palmali”yə mənsub gəmilərin SOCAR-ın limanlarına buraxılmamasını təsdiq edib, amma bunun səbəblərini bilmədiyini deyib.

Ana səhifəXəbərlərSOCAR Palmali şirkətinin gəmilərinin müsadirə edilməsini təkzib edib