”Palmali” SOCAR-la ”Lukoil”-in qara siyahısında

”Lukoil” şirkətinin ”Palmali Dənizçilik” ilə olan neftdaşıma sazişlərini ləğv etdiyi bildirilir

Source:


”Lukoil” şirkətinin ”Palmali Dənizçilik” ilə olan neftdaşıma sazişlərini ləğv etdiyi bildirilir

Böyük neft istehsalçılarından olan “Lukoil” və SOCAR azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Palmali” şirkətini “qara siyahı”ya salıb.

Məlumatı Türkiyənin “denizhaber.com” portal

yayıb.

Məlumatda deyilir ki, Türkiyənin ən böyük gəmiçilik şirkəti olan “Palmali Dənizçilik” müştəriləri olan neft şirkətləri ilə ciddi problem yaşayır. Bildirilir ki, şirkətin idarə heyətinin rəhbəri Mübariz Mənsimov müştərilərilə olan anlaşılmazlığı beynəlxalq məhkəməyə çıxarandan sonra “Lukoil” və SOCAR tərəfindən “qara siyahıya” salınıb.

Artıq “Lukoil” şirkəti “Palmali Dənizçilik” ilə olan neftdaşıma sazişlərini ləğv edib, SOCAR şirkəti isə öz zavod və müəssisələrinə “Palmali” gəmilərinin daxil olmasına qadağa qoyub.

Portal Azərbaycan mediasının iddialarına əsasən yazır ki, “Palmali Dənizçilik” Şirkəti SOCAR-a olan borclarını vaxtında ödəmədiyi üçün şirkətin 14 gəmisi müsadirə edilib. Həmin gəmilər SOCAR-ın balansına keçərək yeni gəmiçilik şirkəti yaradılıb.

“Mübariz Mənsimovun SOCAR-la bağlı beynəlxalq məhkəməyə müraciət edəcəyi təhdidləri son damlanı daşırdı. SOCAR-ın gəmiləri müsadirə etdiyi bildirildi” – deyə sayt yazır.

“Palmali” şirkəti 2017-ci ilin sentyabrında Londonun Ali Məhkəməsinə “Lukoil” şirkətinin İsveçrədə fəaliyyət göstərən “Litasco” adlı kompaniyası ilə bağlı müraciət edib. “Palmali” uzunmüddətli müqavilədə göstərilən öhdəlikləri yerinə yetirmədiyi üçün kompaniyadan 2 milyard dollar tələb

edib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin isə Mənsimovun sahib olduğu “Palmali”nin Rusiyadakı törəmə “Palmali LLC” şirkəti haqda vergi pozuntuları ilə bağlı araşdırmaya başladığı bildirilir.

Bildirilir ki, şirkətin 2010-2011-ci illərdəki gəlirləri ilə bağlı yanlış məlumatlar verdiyinə dair şübhələr var. Palmalinin vergi borcunun 44 milyon 800 min dollar olduğu qeyd edilir.

“Palmali”nin regional ofisinin rəhbərinin birinci müavini Tuyqun Nadirov ötən ilin noyabrında “APA-Economics”ə bildirib ki, yayılan xəbərlər

uydurmadır.

T.Nadirov deyib ki, bir neçə il bundan öncə Rusiyanın vergi orqanları “Palmali”ni vergidən yayınmaqda ittiham edib, lakin şirkətlər qrupu məhkəmə yolu ilə bunun əsassız olduğunu sübut edib:

“Qəti şəkildə bildirirəm ki, “Palmali” şirkətlər qrupunun nə Rusiyanın vergi, nə də hüquq-mühafizə orqanları ilə heç bir problemi yoxdur. Bundan başqa, əminliklə deyirəm ki, bu qəbildən olan yazılar sifarişli xarakter daşıyır və uydurmalara əsaslanır”.

“Palmali” Şirkətlər     Qrupu 1998-ci ildən Türkiyədə fəaliyyət göstərir. Əsasən Qara, Aralıq, Xəzər və Baltik dənizlərində yükdaşıması ilə məşğuldur.

Ana səhifəXəbərlər”Palmali” SOCAR-la ”Lukoil”-in qara siyahısında