SOCAR ixtisarları təsdiqlədi

Vəziyyət idarəetmənin struktur islahatlarının təkmilləşdirilməsindən doğur

Source:


Vəziyyət idarəetmənin struktur islahatlarının təkmilləşdirilməsindən doğur

Bu günlərdə bəzi KİV-lərdə Azərbaycan Dövlət Neft Şirkətinin strukturlarına daxil olan “Azəriqaz” İstehsalah Birliyində və “Neftqaztikinti” Trestində 2015-ci ildən kütləvi ixtisarlar aparılması ilə bağlı xəbərlər yayılıb. Və bu məlumatlarda xüsusilə vurğulanır ki, ixtisarlar neftin qiymətinin aşağı düşməsi ilə əlaqədardır.

“Turan İA”-a SOCAR-ın İnsan Resursları Departamentindən verilən məlumata görə, hər iki qurumda hazırda kadr dəyişikləri, müəyyən ixtisarların aparılması gündəmdədir. Ancaq bunun neftin qiymətinin dünya bazarında aşağı düşməsi və ya şirkətin hər hansı maliyyə problemi ilə bağlılığı ilə əlaqəsi yoxdur. Şirkətdəki bu proses ötən ildən başlamış struktur islahatlarının təkmilləşdirilməsi prosesinin davamıdır.

Belə ki, “Azəriqaz” İstehsalah Birliyində SOCAR üç pilləli idarəetmə sistemindən iki pilləli idarəetmə sisteminə keçir və bu məqsədlə rayon Qaz İdarələri Regional Qaz İdarələri ilə əvəz olunur. Təbii ki, bu zaman bir-birini əvəzləyəcək ştatlar ləvğ olunur. İkinci bir məsələ isə “Azəriqaz” İstehsalah Birliyinin Qaz-Satış sisteminin avtomatlaşdırılması ilə əlaqədardır. Əvvəllər bu qurumda çoxlu sayda əməkdaş çalışırdı. İndi isə artıq 70 faiz qaz satışı smart-kart tipli sayğaclar vasitəsilə həyata keçirilir. Belə olan halda təbii ki, bu qurum da yeni dövrün təıəblərinə uyğun qurulmalıdır. Başqa bir tərəfdən, “Azəriqaz” 2011-2014-cü illərdə ölkənin qazlaşdırılması üçün böyük işlər görmüş və bunun üçün işçi heyətini artırmışdı. Hazırda həmin işlərin böyük hissəsi yekunlaşıb.

“Neftqaztikinti” Trestinə gəlincə isə, burada da vəziyyət idarəetmənin struktur islahatlarının təkmilləşdirilməsindən doğur. Bu trestin çoxsaylı montaj-tikinti idarələri var. Hazırda onların üçpilləli idarəetmədən ikipilləli idarəetməyə keçirilməsinə başlanılıb. Məqsəd daha çevik mexanizmə malik bir Trest yaratmaqdır.

Ana səhifəXəbərlərSOCAR ixtisarları təsdiqlədi