SOCAR-ın kapital qoyuluşu azala bilər

“Fitch Ratings” agentliyi SOCAR-ın 2015-2016-cı illərdə kapital xərclərinin 2,2 mlrd dollar olacağını konservativ qiymətləndirir

Source:

“Fitch Ratings” agentliyi SOCAR-ın 2015-2016-cı illərdə kapital xərclərinin 2,2 mlrd dollar olacağını konservativ qiymətləndirir

Əgər SOCAR kapital qoyuluşunu xeyli azaltsa, “Fitch Ratings” agentliyi təəccüblənməyəcək.

Agentliyin bəyanatına görə, neftin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-ın kapital qoyuluşunun 15-20% azalması  şirkətin cari reytinqlərində mümkün ehtimallardan biridir. Agentlik onu nəzərə alır ki, 2015-ci ildə neftin barreli təxminən 55 dollar, 2016-cı ildə 65 dollar olacaq. Bununla bağlı hesab edir ki, FFO üzrə (əməliyyat üçün fondlar) SOCAR-ın levereci 2x olacaq.

Agentlik bildirir ki, 2014-cü ildə SOCAR gündə 297 min barrel neft çıxarıb. Maya dəyəri isə Rusiyadakı analoji strukturlardakından çox olub. Amma bu, neft nəqli gəlirləri və neft emalı ilə qismən kompensasiya olunur.

«Fitch SOCAR-ın 2015-2016-cı illərdə kapital xərclərinin 2,2 mlrd dollar olacağını konservativ qiymətləndirir. Şirkətin kapital qoyuluşunda çevikliyi zəifdir. Çünki köhnə yataqlarda istehsalda azalmanın dayandırılması üçün nəzərdə tutulan vəsaitlərin çoxu PSA sazişlər üzrə öhdəliklərin icrasına və mövcud layihələrin başa çatdırılmasına yönəldilir», – deyə agentlik bildirir.

Agentlik bildirir ki, SOCAR-ın nağd vəsaiti ötən ilin 1 iyulu üçün $1,5 mlrd olub. Bu, hazırkı $2,2 mlrd qısamüddətli boru ödəmək üçün yetərli deyil. (

“Turan”

)

Ana səhifəXəbərlərSOCAR-ın kapital qoyuluşu azala bilər