Bu da 2015-ci ilin dörd ayı ilə müqayisədə 27 mln. 971 min manat və ya 5,91 faiz azdır
SOCAR tərəfindən bu ilin aprel ayında dövlət büdcəsinə 119 mln. 845 min manat vəsait ödənilib.
SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 12 mln. 658 min manat və ya 9,55 faiz azdır.
Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında büdcəyə 444 mln. 975 min manat vəsait ödənilib ki, bu da 2015-ci ilin dörd ayı ilə müqayisədə 27 mln. 971 min manat və ya 5,91 faiz azdır.
Bundan əlavə, bu ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 13 mln. 138 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin aprel ayı ilə müqayisədə 1 mln. 230 min manat və ya 10,33 faiz çox olub.
Ümumiyyətlə, bu ilin yanvar-aprel aylarında SOCAR tərəfindən DSMF-ə ödəniş 45 mln. 108 min manat təşkil edib ki, bu da 2015-ci ilin yanvar-aprel aylarına nisbətən 1 mln. 486 min manat və ya 3,19 faiz azdır.