SOCAR-da hər vakansiyaya 45 müraciət olub

“İşçilərin 12 faizi rəhbər vəzifədə çalışır, 19 faizi mütəxəssis, 69 faizi fəhlələrdir”

Source:
SOCAR

“İşçilərin 12 faizi rəhbər vəzifədə çalışır, 19 faizi mütəxəssis, 69 faizi fəhlələrdir”

2015-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə qəbulla bağlı 3889 vakansiya üzrə 174 570 müraciət olub. SOCAR-ın iş rejimi, kadrlar və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov iyunun 3-də “Caspian Oil & Gas 2016” konfransında belə deyib.

Onun sözlərindən belə aydın olub ki, ötən il bir vakansiyaya 45 müraciət düşüb.

“3753 nəfər müsabiqədə uğur qazanıb. İşə qəbul tam şəffaf olub. Beləliklə, SOCAR daha ixtisaslı əməkdaşların qəbulu üçün imkan yaradıb”, – deyə vitse-prezident bildirib.

Xaliq Məmmədov deyib ki, SOCAR-da hazırda 51 209 nəfər çalışır.

“İşçilərin 12 faizi rəhbər vəzifədə çalışır, 19 faizi mütəxəssis, 69 faizi fəhlələrdir: “Yaş qrupuna görə isə 30 yaşa qədər olan işçilər 14 faiz, 41-50 yaş qrupları üzrə 20 faiz, 31-40 yaş üzrə isə 22 faiz, 51 yaşdan yuxarı olanlar isə 38 faiz təşkil edir. Təhsilə görə, 32 faizi ali, 13 faizi orta ixtisas, 5 faizi peşə, 50 faizi isə orta təhsillidir. Kişilər 83 faiz, qadınlar 17 faizdir”, – deyə o qeyd edib.

SOCAR əməkdaşlarının cədvəli


İllər


Əməkdaş sayı


2010


75 502


2011


78 844


2012


70 901


2013


65 568


2014


56 460


201


6 (


aprel


)


51 209

Buna qədər 2016-cı ilin apreli üçün ştatlı işçi sayı 2926 nəfər (85 faizi Azərbaycan vətəndaşı) olan ВР-Azerbaijan elan edib ki, təkcə “Şahdəniz-2” çərçivəsində işçi sayı 22 min nəfərə çatıb.

Ana səhifəXəbərlərSOCAR-da hər vakansiyaya 45 müraciət olub