SOCAR ABŞ-da fəaliyyətini məhdudlaşdırır

“Amerika nümayəndəliyinin saytı çoxdandır yenilənmir, əməkdaşları aylardır görünmür”

Source:

“Amerika nümayəndəliyinin saytı çoxdandır yenilənmir, əməkdaşları aylardır görünmür”

SOCAR neftin qiymətinin aşağı düşməsi səbəbindən ABŞ-dakı fəaliyyətini məhdudlaşdırmağı qərara alıb, Bu barədə “Turan”-ın Vaşinqton müxbiri məlumat verib.

Məlumata görə, SOCAR Almaniya, Belçika və İsveçrə ofislərini də bağlayıb.

“SOCAR-ın Amerika nümayəndəliyinin saytı çoxdandır yenilənmir, əməkdaşları aylardır görünmür. Gözlənilmədən bu həftənin əvvəllərində ofisin binası qarşısında “Ofis icarə verilir” elanı yerləşdirilib” “Turan”ın müxbiri bildirib.

“Yüksək səviyyədə görüş” daşınmaz əmlak şirkəti SOCAR binasında ofislərin icarə verilməsi faktını təsdiq edib, amma heç bir təfərrüatı açıqlamayıb.

“SOCAR Dupont Circle”-də bu tarixi binanı 2012-ci ildə 12 mln. dollara alıb. Vaşinqtonun 18-ci küçəsində yerləşən bu bina əvvəllər “Freedom House” hüquq-müdafiə təşkilatının ofisi olub.

Bununla belə, son dövrlər SOCAR ölkənin imicini möhkəmləndirmək məqsədilə lobbiçi firmalarla bir neçə müqavilə bağlayıb.

Ana səhifəXəbərlərSOCAR ABŞ-da fəaliyyətini məhdudlaşdırır