Bütün partiyalar namizədlərini elan etmədiyi halda, Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi haqda sərəncam verildi.
Fevralın 5-də prezident İlham Əliyev seçkilərin vaxtını oktyabrdan aprelin 11-nə çəkdi. Bakı və Sumqayıt sakinlərindən seçkinin vaxtının dəyişilməsinin səbəbin soruşduq.
– Oktyabrda havalar soyuq olur. Ona görə də tezləşdirdilər. Nə qədər tez olsa, o qədər yaxşıdır. Prezidentimiz özü seçilsə yaxşı olar. Bundan sonra gələnlər ac olacaq.
– Dövlətin öz siyasətidir, bizlik deyil.
– Bəlkə, bizim təşəkkürümüzü eşitmək üçün prezidentimiz tezləşdirib?
– Bu da onların siyasətidir. Ona biz qarışa, ən azından dərinliyinə gedə bilmərik.