Siyavuş Novruzovdan təhsil nazirinə sərt ittihamlar

“Məktəblərə hərbi dərslər qaytarılmalıdır, İŞİD gəldikdə onların qarşısına kim çıxacaq – akademiklər?”

Source:


“Məktəblərə hərbi dərslər qaytarılmalıdır, İŞİD gəldikdə onların qarşısına kim çıxacaq – akademiklər?”

Noyabrın 19-da dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı YAP-çı deputat Siyavuş Novruzov mənzil ipotekası verilməsi şərtlərinin sadələşdirilməli olduğunu bildirib.

“Hazırki şərtlər çox sərtdir və krediti yalnız yüksək maaşlı şəxslər ala bilir. Buna görə bu qaydalara yenidən baxılmalıdır”, – deyə o bildirib.

Daha sonra o, təhsilin vəziyyətini tənqid edib, burada real islahatlar olmadığını bildirib: “Ali məktəblərə qəbul balları ildən ilə azalırsa, bu necə islahatdır? Məktəb dərsliklərində işə yarayan heç nə yoxdur. Yuxarı sinif şagirdlərinn 20 faizi lazımıncə inkişaf etməyib və orduda xidmət edə bilmir. Məktəblərə hərbi dərslər qaytarılmalıdır. İŞİD gəldikdə onların qarşısına kim çıxacaq – akademiklər?”.

Sonuncu fikir həmkarlarının gülüşünə səbəb olub.

Siyavuş Novruzov həmçinin müəllimlərin maaşını qaldırmağı, onların sayını azaltmağı tələb edib və əvvəlki natiqlərin siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinin artırılması zərurəti haqqında fikirləri ilə razılaşıb.

Ana səhifəXəbərlərSiyavuş Novruzovdan təhsil nazirinə sərt ittihamlar