Mühacirin hökumət əleyhinə çıxışlarına son qoyulması tələb edilir
Siyasi mühacirətdə olan gənc bloger Məhəmməd Mirzəlinin yeznəsi (bacısının əri) həbs edilib.
Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyaevə istinadən xəbər verən “Turan” informasiya agentliyi yazıb ki, Laçından məcburi köçkün Elman Ağayev fevralın 13-də məhkəmə tərəfindən 30 sutka müddətinə həbs
edilib
.
E.Ağayevi iş yerindən aparıblar və küçədə polisə tabe olmamaqda ittiham ediblər. Onu Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında saxlayacaqlar və vəkili yoxdur.
Gülalıyev digər hüquq müdafiəçisi Taleh Xasməmmədovla birlikdə fevralın 15-də Göyçay rayonunda Məhəmməd Mirzəlinin ailəsinə baş çəkib.
Gülalıyev qeyd edib ki, son vaxtlar Mirzəlinin ailə üzvlərinə təzyiq göstərilir. Blogerin atası və yeznəsi əvvəllər də saxlanılıb və polis onlardan Məhəmmədin İnternetdə hökumət əleyhinə çıxışlara son qoymasını və xaricdə insan hüquqlarına dəstək aksiyalarında iştirak etməməsini tələb edib.