Siyahıda 98 məhbusun, eləcə də
işgəncə verən həbsxana əməkdaşlarının siyahısı açıqlanıb
Noyabrın
6-da
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı KXCP qərargahında tədbir keçirib. Tədbirdə siyasi məhbuslarla bağlı ikinci hesabat ictimaiyyətə təqdim edilib. Toplantıda məhbusların yaxınları, partiya fəalları, keçmiş siyasi və vicdan məhbusları, tanınmış simalar iştirak ediblər. Hesabatı Alyansın koordinatoru Oqtay Gülalıyev təqdim edib. O, çıxışında hesabatın məzmunu barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Hazırlanan hesabat 12 bölmədən və 3 hissədən ibarətdir. Siyahıda 98 məhbusun adı qeyd olunub. Sənəddə həbsxanalarda məhbuslara verilən işgəncələr, onların saxlanma şəraitlərinin ağırlığı, qanunsuz həbs olunmaları, rüşvətxorluq hallarının olması kimi faktlar yer alıb. Bundan əlavə, məhbuslara işgəncə verən həbsxana əməkdaşlarının siyahısı da açıqlanıb.