Onların karantin qaydasını pozduğu bildirilir
Fevralın 15-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları iclas zamanı Müsavat Partiyasının yerli fəallarını saxlayıb. Bu barədə “Turan”-a Müsavat Partiyasının Suraxanı Rayon Təşkilatının sədri Arzulla Buludlu bildirib.
Onun sözlərinə görə, yerli təşkilatın beş fəalı saxlanılıb və 30-cu Polis Bölməsinə aparılıb.
DİN-in mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Qurumdan bildirilib ki, həmin şəxslər karantin rejiminin pozulmasına görə saxlanılıblar. “Təhqiqatdan sonra onlar sərbəst buraxılacaqlar”, – deyə DİN nümayəndəsi bildirib.
Həmçinin qeyd edilib ki, saxlanılanlardan yalnız biri – Nizaməli Süleymanov Müsavat üzvüdür.