Siyasi fəalın təcridxanada intihar etdiyi bildirilir

Mehman Qələndərovun saxlandığı kamerada meyiti aşkarlanıb

Source:


Mehman Qələndərovun saxlandığı kamerada meyiti aşkarlanıb

Həbsdə olan siyasi fəal Mehman Qələndərovun Kürdəxanı İstintaq Təcridxanasında intihar etməsi xəbəri yayılıb. Məlumatı hüquq müdafiəçisi Oqtay Güləliyev öz “Facebook” səhifəsində təsdiqləyib. Onun sözlərinə görə,  Mehman Qələndərov aprelin 28-də saxlandığı kamerada müəmmalı şəkildə intihar edib.

Mehman Qələndərov bloger fəaliyyəti ilə məşğul olub. Keçən il Konstitusiyaya edilən dəyişikliyə etiraz əlaməti olaraq Tbilisidə Azərbaycan səfirliyi önündə keçirilən “Biz kral istəmirik!” aksiyasının təşkilatçılarından və iştirakçılarından biri olub. Eyni zamanda o heykəl önünə gedərək, “heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədova azadlıq tələb edib. Tbilisidən Bakıya qayıtdıqdan sonra 7 fevral 2017-ci ildə narkotika ittihamı ilə həbs olunub.

Onun adı hüquq müdafiəçilərinin tərtib etdiyi siyasi məhbus siyahısına salınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi bu barədə yayılan xəbərləri təkzib edib.

“1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə əlaqə saxlamışıq. Bildirib ki, yayılmış məlumatlar tam yanlış və yalandır. Mehman Qələndərov sağ-salamatdır. Heç bir şikayəti də yoxdur”, ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Amerikanın Səsinə bildirib.

Ana səhifəXəbərlərSiyasi fəalın təcridxanada intihar etdiyi bildirilir