Nərimanov rayonu Mövsüm Sənani 63 küçəsinin sakinləri razılıq verməsələr də, evləri uçurulub. “Evrostroy –S.S” adlı şirkət 9 oktyabrda 3 evi məhkəmə qərarı olmadan söküb. Bakı Apellyasiya Məhkəməsi evlərin sökülməməsi haqqında 29 avqustda qərar versə də, bu, şirkətin işini dayandırmayıb.