Şirin Abbasovun şikayəti təmin edilmədi (VİDEO)

Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə jurnalist Şirin Abbasovun şikayətinə baxılıb. Jurnalistin özü də prosesə gətirilib, amma məhkəmə zalına 10 nəfərdən çox adam buraxılmayıb.

Jurnalist bildirib ki, o, polisə müqavimət göstərməyib və irəli sürülən maddələrlə özünü təqsirli hesab etmir. “Yasamal Rayon Məhkəməsində bu fikirlərimi ifadə etsəm də, nəzərə alınmadı” deyib.



Vəkil Elçin Sadıqov şikayətin təmin olunmadığını və Şirinin vəkildən imtina etmədiyini bildirib.



Şirin Abbasov sentyabrın 16-sı günorta saatlarında




saxlanılıb


və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İbarəsinə aparılıb. Jurnalistin barədə 30 sutka həbs cəzası çıxarılıb. Həmin qərar isə yalnız 14 gün sonra vəkilə təqdim edilib.


Beynəlxalq Hüquq Müdafiə təşkilatları Şirin Abbasovun həbsini pisləyən bəyanatla çıxıb edib.

Ana səhifəVideoŞirin Abbasovun şikayəti təmin edilmədi (VİDEO)