Meydan TV-nin əməkdaşı yoxa çıxıb (YENİLƏNİB)

Şirin Abbasovun saxlanılıb

Source:


Saat 00:21 Şirin Abbasov hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. İdarədən bildiriblər ki, yalnız valideynlərinə bu barədə məlumat veriləcək: “Sabah valideynləri şəxsiyyət vəsiqəsini götürüb gəlsinlər, məlumat verək”.


***


Şirin Abbasovun saxlanıldığı ehtimal olunur

Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şirin Abbasov (Şirin Tire) sentyabrın 16-da günorta saat 14 radələrindən etibarən yoxdur. O, sonuncu dəfə Yasamal rayonu, Akim Abbasov küçəsində (Azərbaycan Univeristetinin qarşısı) olub, yoldaşlarına təhsil aldığı BDU-ya gedəcəyini deyib. O vaxtdan etibarən onun telefonlarına zəng çatmır, yaşadığı mənzildə yoxdur, heç bir yaxını onunla əlaqə saxlaya bilməyib, görməyib.

Şirin Abbasovun nümayəndəsi vəkil Namizəd Səfərov Daxili İşlər Nazirliyinin 102 xidmətinə bu barədə məlumat verib. Vəkilin sözlərinə

görə,

xidmətdən bildiriblər ki, onlarda yalnız barəsində cinayət işi açılmış şəxslər haqqında məlumat var.

Hüquq-mühafizə orqanlarındakı mənbə isə Meydan TV-yə deyib ki, jurnalistin həbs olunması istisna deyil.

Sonuncu dəfə Şirin Abbasovu görən gənc jurnalist Aytac Əhmədova və rəfiqəsi isə elə həmin küçədə mağazadan çıxarkən saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar. Orada 5 saatdan artıq saxlandıqdan sonra buraxılıblar. Buna görə də Şirin Abbasovun da saxlanıldığı ehtimal olunur

.

Ana səhifəXəbərlərMeydan TV-nin əməkdaşı yoxa çıxıb (YENİLƏNİB)