Şirin Abbasovu ölümlə hədələyirlər

“Vətəndaş və jurnalist kimi pozulmuş haqqımı bərpa etməyə imkan vermirlər”

Source:


“Vətəndaş və jurnalist kimi pozulmuş haqqımı bərpa etməyə imkan vermirlər”

Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şirin Abbasov (Şirin Tire) Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hədələnir.

Bu barədə jurnalistin Facebook səhifəsində məlumat yayılıb. Məlumatda deyilir:

“Həbs müddətim bitsə də, mənə qarşı təzyiqlər davam edir. Baxmayaraq ki, mən universitetə getməkdən başqa heç bir işlə məşğul olmuram. “Bandotdel” və MTN məni həbslə, ölümlə hədələyir. Səbəb vəkilimin qanunsuz həbsimi Avropa Məhkəməsinə çıxarmaq istəməsidir. Məni məcbur edirlər ki, hakimiyyətə işləyən jurnalistlərdən olum. Buna görə ailəmə də təzyiq göstərərək, onları mənə qarşı qaldırırlar. Bu səbəbdən ailəmlə münasibətim pisləşib. Mən qanunu pozmasam da, mənə qarşı qanunu pozurlar. Vətəndaş və jurnalist kimi pozulmuş haqqımı bərpa etməyə imkan vermirlər”.

Ana səhifəXəbərlərŞirin Abbasovu ölümlə hədələyirlər