Siqaretlər 50 faiz bahalaşdı

“European Tobacco Baku”: “Əgər tütün məhsulları xaricdən ABŞ dolları və ya avro ilə alınırsa, təbii ki, bu, siqaretlərin qiymətinə təsir edəcək”

Source:


“European Tobacco Baku”: “Əgər tütün məhsulları xaricdən ABŞ dolları və ya avro ilə alınırsa, təbii ki, bu, siqaretlərin qiymətinə təsir edəcək”

Bir neçə günlük tərəddüdlərdən sonra Azərbaycanda siqaretlərin yeni topdan və pərakəndə satış qiymətləri müəyyənləşib. Bu barədə məlumatı Musavat.com-a siqaret satışı ilə məşğul olan şəxslər veriblər.

Qiymətlərdən məlum olur ki, siqaretlər ən azı 50 faiz bahalaşıb. Son devalvasiya daha çox siqaret qiymətlərinə təsir edib.

Bazar ertəsindən mağazalarda siqaretlər ya müxtəlif qiymətlərə satılırdı, ya da satış tamamilə dayandırılmışdı. Yeni qiymətlərin müəyyənləşməsinin gecikməsi siqaret bazarında qeyri-müəyyənliyə səbəb olmuşdi.

“European Tobacco Baku” şirkətindən bildirilmişdi ki, əgər tütün məhsulları xaricdən ABŞ dolları və ya avro ilə alınırsa, təbii ki, bu, siqaretlərin qiymətinə təsir edəcək.

Artıq yeni qiymətlər məlumdur və bu gündən etibarən bütün mağazalarda siqaretlər standart qiymətə satılır.

Ana səhifəXəbərlərSiqaretlər 50 faiz bahalaşdı