Siqaretin qiyməti artdı

Qadir İbrahimli: “Bu bir daha təsdiqləyir ki, monopoliyalar dövlət səviyyəsində idarə edilir”

Source:


Qadir İbrahimli: “


Bu bir daha t


ə


sdiql


ə


yir ki, monopoliyalar d


ö


vl


ə


t s


ə


viyy


ə


sind


ə


idar


ə


edilir”

İqtisadçı Qadir İbrahimli tütün məmulatlarının markasından asılı olaraq qiymətlərinin 10-30 qəpik artmasını inhisarçılıqla əlaqələndirib.

Meydan TV-yə açıqlama verən “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli bildirib ki, indiki artım son 1 ildə üçüncü artımdır: “Bu artımı heç bir iqisadi amillərlə əsaslandırmaq mümkün deyil, yəni xammal, yanacaq bahalaşmayıb. İqtisadiyyat ve Sənaye Nazirliyinin Antiinhisar xidməti sanki kar, kor və laldır, işləri-gücləri kolxoz bazarlarında reydlər keçirməkdir, ancaq monopolistlər kolxoz bazarında yox, gömrük sərhədlərində oturublar”.

İqtisadçının sözlərinə görə, bu açıq monopoliyanin təzahürüdür: “Müvafiq nazirliyin funksiyası əsassız qiymət artımlarını araşdırıb monopolistlərə qarşı sanksiya tətbiq etməkdir. Bu onların funksional fəaliyyətinə daxildir. Ancaq nazirlik susmaq yolunu tutub. Bu bir daha təsdiqləyir ki, monopoliyalar dövlət səviyyəsində idarə edilir”.

Ana səhifəXəbərlərSiqaretin qiyməti artdı