Müğənni koronavirusa yoluxmuşdu
Müğənni Səyyad Əlizadə vəfat edib.
İfaçının kürəkəni Razim Qarayev Meydan TV-yə faktı təsdiqləyib.
ECMO – ekstrakorporal membran oksigenlənmə cihazına qoşulan ifaçının səhhəti son iki gündə
ağırlaşmışdı
.
COVİD-19 virusuna yoluxan Səyyad Əlizadənin müalicəsi öncə Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanada aparılıb.
Daha sonra ailəsinin istəyi ilə müğənni Mərkəzi Gömrük Hospitalına köçürülüb.
Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonu Babı kəndində doğulub.
1987-ci ildə ilk “Təbrizim” albomu çıxıb.
Sonralar “Azərbaycanım”, “Gözlə, gələcəyəm”, “Xallı qız”, “Gözlərimin yaşı”, “Saçlarım bəyaz oldu”, “Dünya gözəl dünyadır”, “Bizim uşaq dünyamız” albomlarını buraxıb.
Müğənni “Bəyaz gecələr” mahnısı ilə məşhurlaşıb.