Bar
ə
sind
ə
iki
ayl
ı
q
h
ə
bs
q
ə
ti
–
imkan
tədbiri seçilən jurnalist Seymur Həzi
Kürdəxanı
təcridxanasına köçürülüb.
Bu barədə Meydan TV-yə məlumatı jurnalistin atası Məşgul Həziyev verib. Onun sözlərinə görə, Seymur Həzi avqustun 31-də Abşeron Polis İdarəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb:
“Hazırda üç günlük karantindədir. Bizə dedilər ki, həftədə bir dəfə Seymura yemək, paltar gətirə bilərik. Belə qərara gəldik ki, üç gündən sonra gələk ki, azuqə bir həftə onu görsün”.
Məşgul Həziyev deyir ki, müstəntiqdən görüş üçün sənəd ala bilsə, sentyabrın 3-də təcridxanada oğlu ilə görüşəcək.
Seymur Həzi “Azadlıq” qəzetinin şöbə müdiri və “Azərbaycan saatı” proqramının aparıcısı, həmçinin AXCP-nin Rəyasət Heyətinin üzvüdür.
Avqustun 29-da Seymur Həzi yaşadığı Ceyranbatan qəsəbəsində evdən çıxarkən Məhərrəm Həsənov adlı bir nəfər ona yaxınlaşıb. O jurnalistdən Facebookda yazdığı məktublara niyə cavab vermədiyini soruşaraq söhbətə tutub və sonra onu vurmağa başlayıb. Seymur Həziyev özünü qorumaq üçün əlindəki su şüşəsi ilə həmin şəxsi vuraraq ərazidən uzaqlaşıb. Az keçməmiş polislər jurnalisti saxlayaraq Abşeron rayon Polis Şöbəsinə aparıblar. Seymur Həzi Abşeron polisi tərəfindən saxlanılıb və xuliqanlıqda ittiham olunub. Növbəti gün Abşeron rayon Məhkəməsi jurnalistin barəsində şübhəli şəxs qismində iki aylıq həbs qətimkan tədbiri seçib. O, xuliqanlıqda ittiham olunur.
Jurnalistin vəkili Elton Quliyev isə hesab edir ki, Seymur Həzi xuliqanlıq etməyib, onu provokasiyaya çəkmək istəyiblər:
“Biz bunu hüquqi baxımdan qiymətləndirmirik. Seymur Həzi xuliqanlıq etməyib. Burada provakasiya var.O, özünü müdafiə edib. Seymur Həziyə qarşı bu ittiham qanunsuz və əsassızdır. Həbsin özü planlaşdırılmış həbsdir. Seymur öz həbsini ictimai –siyasi fəaliyyət ilə bağlı olduğunun düşünür” deyə vəkil Turan agentliyinə bildirib.
Seymur Həzi öz vəkilinə hadisələrdən bir neçə gün öncə həbs olunacağı haqda xəbər aldığını bildiribmiş.