Seymur Həzi ev dustaqlığına buraxılmadı (VİDEO)

2 oktyabrda Abşeron Rayon Məhkəməsində “Azadlıq” qəzetinin jurnalisti Seymur Həziyə qarşı seçilən həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb. Hakim İlkin Rəcəbli vəsatəti təmin etməyib və jurnalisti həbsdə saxlayıb.

Jurnalistin vəkili Adil İsmayılov deyib ki, Seymur Həzi ilə dalaşan Məhərrəm Həsənov bir neçə gün öncə ev dustaqlığına buraxılıb.

Seymur Həzi avqustun 29-da Məhərrəm Həsənova güc tətbiq etmə iddiası ilə saxlanılıb. Jurnalist silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıqda ittiham olunur.

Beynəlxalq hüquq- müdafiə təşkilatı“Sərhədsiz Reportyorlar” Seymur Həzinin təxribat qurbanı olduğunu bildirib və  onun dərhal azad edilməlisini tələb edib.

Ana səhifəVideoSeymur Həzi ev dustaqlığına buraxılmadı (VİDEO)