“Sərhədsiz Reportyorlar” Təşkilatı Meydan TV-nin müdafiəsinə qalxdı

“Rejim xaricdə sürgündə olan media kanalına qarşı radikallaşır”

Source:


“Rejim xaricd


ə


s


ü


rg


ü


nd


ə


olan media kanal


ı


na qar


şı


radikalla


şı


r”

“”Sərhədsiz Reportyorlar” Azərbaycan rejiminin Berlində fəaliyyət göstərən media kanalı Meydan TV-ə qarşı təcavüzkarlıq cəhdlərinə hiddətlənir. Azərbaycan polisi media kanalının hələ də Azərbaycanda çalışan əməkdaşlarını həbs və saatlarla dindirmələr vasitəsilə qorxutmağa çalışır. 19 yaşlı Meydan TV müxbiri Şirin Abbasovun həbsi sensassiyaya çevrildi. Müxbir öncə itkin düşdü, daha sonra onun həbs olunması barədə xəbər yayıldı”.

Bu fikirlər Sərhədsiz Reportyorlar Təşkilatının bəyanatında yer alıb.

“Meydan TV Azərbaycanda bir neçə müstəqil xəbər mənbələrdən biridir və bələdiyyə seçkiləri zamanı rejimi ictimaiyyət qarşısında ifşa edib”,- deyə “Sərhədsiz Reportyorlar” Təşkilatının meneceri Kristian Mihr bildirib.

Bəyanatda daha sonra deyilir: “Meydan TV əsasən xaricdə fəaliyyət göstərdiyi üçün kanal daha çox Azərbaycandaki vəziyyət haqqında senzurasız məlumat paylaşa bilən cəsarətli jurnalistlərlə çalışır. Meydan TV reportyorlarına edilən təzyiqlər Azərbaycan hökumətinin beynəlxalq arenada mütərəqqi obraz yaratmaq səylərinin qeyri-ciddi qəbul edilməsi ilə nəticələnir”.

Daha sonra qeyd olunur ki, Meydan TV-nin rəhbəri Emin Milli Sərhədsiz Reportyorlar təşkilatına qətiyyətlə deyib: “Biz müstəqil hesabatlarımızı yayımlamağı dayandırmayacayıq. Biz həm hazırki işimizi davam etdirəcəyik, həm də işimizə yenilik gətirib, fərqli formatda layihələr üzərində çalışıb, vətəndaş jurnalistikası çərçivəsində bir neçə yeni layihəni işə salacayıq”.

Emin Milli media kanalını 2013-cü ildə Berlində təsis edib. Meydan TV Azərbaycanda siyasət, mədəniyyət və biznesyönümlü xəbər və məlumatları yayımlayır. Kanal qısa zaman kəsiyində populyarlıq qazanıb. Meydan TV-nin YouTube kanalına 12 milyondan artıq baxış var və 2013-cü ilin aprelində indiyə qədər 21 min abunəçi toplayıb.


Sistemli h


ə


bsl


ə


r v


ə


dindirilm


ə


l


ə


r

Berlində Meydan TV-nin redaksiya heyətinə hücumlar və Emin Milliyə qarşı edilən hədə-qorxudan sonra Azərbaycan daxilində kanal əməkdaşlarına qarşı təzyiqlər başladı. Sentyabrın 16-da Meydan TV-nin 19 yaşlı jurnalisti Şirin Abbasov oxuduğu universitetə gedən yolda heç bir iz buraxmadan yoxa çıxdı. Yalnız səhəri günü onun ailəsi Şirinin Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla  Mübarizə İdarəsi tərəfindən saxlanıldığını öyrənə bildilər. Jurnalist vəkili ilə əlaqə saxlaya bilməyib. Sentyabrın 17-si onu hökümət nümayəndələrinə müqavimət göstərməkdə suçlayaraq, 30 günlük müddətinə azadlıqdan məhrum etdilər.

Şirin Abbasov 2015-ci il iyun ayından etibarən – keçirilən Avropa Oyunları sonrası Azərbaycanı tərk etmək imkanından məhrum olan 4 Meydan TV müxbirindən biridir. Tanınmış video bloqqer Azərbaycan hakimiyyətini yalnız milyonlar bahasına başa gələn bahalı idman oyunlarını təşkil etidyi üçün tənqid etmirdi. O, həmçinin tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunus, eləcə də məşhur araşdırmaçı jurnalist Xədicə Ismayilovanın şou-məhkəmə iclasları  barədə də məlumat yayıb.


C


ə


sur m


ü


xbirl


ə


rin ail


ə


l


ə


rin


ə


t


ə


zyiq

Bəyanatda daha sonra bildirilir ki, Meydan TV-nin daha 5 müxbiri Azərbaycanın 4-cü ən böyük şəhəri olan Mingəçevirdə baş verən hadisələri işıqlandırdıqlarına görə son bir neçə gün ərzində polis tərəfindən dindiriliblər. Avqustun 20-si polis şöbəsində saxlanılan bir nəfər vəfat etdikdən sonra yerli əhali polis rəisinin istefasını tələb edib, yürüşlər keçiriblər. Sentyabrın 16-sı Mütəşəkkil Cinayətkarlıqla  Mübarizə İdarəsinin əməkdaşları Meydan TV-nin daha bir əməkdaşı Aytac Əhmədovanı saxlayıb və tək Mingəçevir hadisələri ilə bağlı deyil, həm də Meydan TV-nin fəaliyyəti, idarəetməsi və maliyyə strukturu barədə sorğu-sual ediblər.

“Sentyabrın 18-də polislər Meydan TV-nin digər bir əməkdaşı Cavid Abdullayevin evində axtarış aparıb, onun kompüteri və kamerasını götürüblər. Həmin günü qardaşı Meydan TV-də çalışan foto-reportyorı Əhməd Muxtar da saxlanılıb. Bundan əlavə, Aytac Əhmədova və tanınmış jurnalist, Meydanın redaktoru Günel Mövlud da ailələrinə olan basqıların artdığını iddia edirlər. Bir çoxu artıq iş yerlərindən azad edilib və həbs olunmaqla təhdid edilir”.

Bazar ertəsi (Sentyabrın 20-si) Prezidentin köməkçisi Əli Həsənov qeyd edib ki, hökumət xarici media əməkdaşlarının ölkədə akkreditasiya edilməsi qaydalarına yeniliklər əlavə edib. Həmin qaydalar 2015-ci ilin mart ayında qüvvəyə minib. Bu isə öz növbəsində saxlanılan heç bir jurnalistlə akkreditasiya məsələsi müzəkirə olunmadığı halı ilə ziddiyət təşkil edir.


Nazir Emin Milliy


ə “


Almaniya v


ə


ya ba


ş


qa harada olmas


ı


ndan as


ı


l


ı


olmayaraq onu tapacay


ıq


lar


” deyə məktub göndərib

İyun ayında Avropa Oyunları zamanı gənclər və idman nazirinin Emin Millini açıq şəkildə hədələməsi faktı Meydan TV-ə qarşı olan sistemli təzyiqlərə bir nümunədir. Nazir Azad Rəhimov Emin Milliyə müraciət edərək bildirib ki, dövlət onun Azərbaycana qarşı apardığı kampaniyaya görə bağışlamayacaq və Almaniya və ya başqa harada olmasından asılı olmayaraq onu tapacaqlar.

Tənqidi yazılarına görə Emin Milli Azərbaycanda 2010-cu ilin noyabr ayınadək 16 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 2015-ci ilin iyul ayında Eminin 23 qohumu prezident İlham Əliyevə məktubla müraciət edib, Millinin Azərbaycana qarşı əməllərinə görə ondan üz çevirdiklərini və ondan təmamilə imtina etdiklərini bildirdilər. Xarici İşlər Nazirliyi Azərbaycanda müstəqil KİV nümayındələrini təşviq etmək üçün heç bir səbəb görmür. Emin Milli layihəsi üçün maliyyə vəsaiti istəyərkən dövlətdən “Sizin layihə Azərbaycan hökumətinin insan hüquqları siyasəti ilə uyğun deyil” cavabını alıb.

Hal-hazırda Azərbaycanda ən azı 8 müxbir və 4 bloqqer yazılarına görə həbsə atılıb. 2015-ci ilin avqustun 9-u jurnalist Rasim Əliyev məruz qaldığı hücum və döyülmə nəticəsində dünyasını dəyişdi. Azərbaycan mətbuat azadlığına görə 180 ölkə arasında 162-ci yerdədir.

Ana səhifəXəbərlər“Sərhədsiz Reportyorlar” Təşkilatı Meydan TV-nin müdafiəsinə qalxdı