”Sərhədsiz Reportyorlar” Mustafa Hacıbəyli ilə bağlı məhkəmə qərarını pislədi

Təşkilat Anar Məmmədovla bağlı naharatlığını bildirib

Source:


Təşkilat Anar Məmmədovla bağlı naharatlığını bildirib

“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuat azadlığı təşkilatı “bastainfo.com” saytının redaktoru Mustafa Hacıbəylinin barəsində çıxarılmış hökmü pisləyib.

Təşkilatın bəyanatında M.Hacıbəylinin şərti olaraq 5,5 il azadlıqdan məhrum edilməsi “absurd” adlandırılıb (“Turan”).

Fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Mustafa Hacıbəyliyə hökm oxunub. Hakim Səbuhi Hüseynovun sədrliyilə çıxarılan hökmə əsasən, ona iki il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verillib. M.Hacıbəyli Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və 281-ci (dövlət əleyhinə çağırışlar) maddələri ilə təqsirli bilinib.

M.Hacıbəylibu müddətdə məhkəmə nəzarətində olacaq və ona xaricə getmək qadağan edilib.

İttihamda qeyd olunan məqalələrə görə “bastainfo.com” saytı məhkəmə qərarı olmadan bağlanıb, baxmayaraq ki, digər kütləvi informasiya vasitələri o məqalələri daha öncə dərc ediblər.

M.Hacıbəylinin məhkəməsi zamanı ittiham tərəfindən təqdim olunan ekspertlər və şahidlər məqalələrdəki hansı hissələrin hökumətin devrilməsinə çağırışı əks etdirdiyini söyləyə bilməyiblər. Müstəqil ekspertlər onlarda belə çağırışların olmadığını bildiriblər.

Bağlanmış Criminalaz.сom saytının redaktoru Anar Məmmədovu da martın 12-də keçiriləcək məhkəmə prosesində analoji ittihamla 12 ilədək həbs cəzası gözləyir.

“Bu, absurd mühakimədir, sadəcə, Azərbaycanda qalan bir neçə mühüm tənqidçi KİV-in qorxudulmasıdır”, – “Sərhədsiz Reportyorlar” təşkilatının Şərqi Avropa və

Mərkəzi Asiya şöbəsinin rəhbəri Yohann Bir deyib.

“Biz beynəlxalq birliyi bu repressiyalara görə məsuliyyət daşıyan şəxslərə qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə və yalnız mətbuat azadlığı və insan hüquqlarına hörmətlə yanaşılması şərtilə Bakıya maliyyə dəstəyi göstərməyə çağırırıq”.

Azərbaycan 2018-ci üçün Dünya mətbuat azadlığı indeksində 180 ölkə arasında 163-cü yeri tutur. Aparıcı tənqidçi kütləvi informasiya vasitələri ya bağlanmağa məcbur olub, ya da xarici köçməyə. Əsas müstəqil veb-saytlar qapadılıb, ən azı on jurnalist hazırda həbsxanadadır, kütləvi informasiya vasitələrini dəstəkləyən KİV-lərin fəaliyyəti qadağan edilib.

Ana səhifəXəbərlər”Sərhədsiz Reportyorlar” Mustafa Hacıbəyli ilə bağlı məhkəmə qərarını pislədi