“Siz həqiqətən Azərbaycanı – “Atletiko”-ya sponsorluq edən ölkəni tanıyırsınız?”
“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı jurnalistlərin cinayət təqibi məsələlərinə diqqət çəkmək üçün yeni kampaniya həyata keçirir.
Belə ki, onlar Madridin “Atletiko” komandasının forması üzərində təsvir olunmuş “Azerbaijan Land of Fire” (“Azərbaycan – odlar diyarı) embleminə qarşı üzərində “Azerbaijan Land of repression” (Azərbaycan – represiyalar diyarı) yazısı ilə Real (Madrid) futbol komandasının rəngləri olan qırmızı və ağ futbol gödəkçələri yaymağa başlayıb.
Bu iki İspaniya klubu şənbə günü Çempionlar Liqası Kubokunun final mərhələsində görüşəcəklər.
“Siz həqiqətən Azərbaycanı – “Atletiko”-ya sponsorluq edən ölkəni tanıyırsınız? Mayın 24-də keçiriləcək UEFA çempionlar ligasının final mərhələsini izləyəcək milyonlarca azarkeş təxribata aldanmamalıdır”, deyə təşkilat yazır.
“Bu Qafqaz ölkəsi mətbuat azadlığı indeksi üzrə 180 ölkə arasında 160-cı yeri tutur. Oranın prezidenti İlham Əliyev “mətbuat yırtıcısıdır” və öz ölkəsində plüralizmi ləğv edib.
Hazırda 10-dək jurnalist və bir çox bloger hökuməti tənqid etdiyinə görə həbsdədir”.
“Sərhədsiz reportyorlar” təşkilatı xatırladır ki, mayın 14-də Azərbaycan Avropa Nazirlər Komitəsinin Şurasına rəhbərliyi üzərinə götürüb. Bunula da Azərbaycan Avropa qitəsində insan hüquqlarının təminatçısı olub.
Sərhədsiz Reportorlar Avropanın Şurasının Azərbaycana ifadə azadlığına hörmət etmək çağırışını xatırladır.
“Atletiko” Madridin sponsoru Fransanın “Lans” klubunun sahibi olan Azərbaycanlı biznesmen Hafiz Məmmədovdur. Onun biznesi neft hasilatı, neft məhsullarının daşınması, maliyyə sahələrini və s. əhatə edir.