“Sərginin təşkil olunmasının Ermənistan və Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur”

““People in Need“ təşkilatının qondarma Dağlıq Qarabağ Respublikasını dəstəkləməsi barədə deyilənlər yalandır”

Source:


“”People in Need“  təşkilatının qondarma Dağlıq Qarabağ Respublikasını dəstəkləməsi barədə deyilənlər yalandır”

Batumidə Vətəndaş Cəmiyyəti Forumunda baş verən hadisələrlə bağlı qalmaqallar səngimir. Jurnalist Aynur Imranova iddia və ittihamlara açıqlıq gətirmək üçün “People in Need“ təşkilatının İnsan haqları müdafiəsi və demokratiyanın inkişafı üzrə Şərqi Avropa proqramının koordinatoru İvana Skalovadan müsahibə götürüb. Meydam TV həmin müsahibəni təqdim edir.

– Sizin suallarınıza cavab vermədən öncə biz Batumidə baş verən insidentlə bağlı qısa arayış vermək istərdik. Xüsusi vurğulayırıq ki, sərginin təşkil olunmasının Ermənistan və Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. Sərginin təşkili tamamilə Azərbaycanda son aylar pisləşən insan haqları məsələsi və siyasi məhbusların təxirəsalınmaz sağlıq problemləri ilə əlaqəli idi.

Qeyd etmək istərdik ki, Azərbaycan nümayəndə heyətindən heç kəs bu problemin Azərbaycanda mövcud olmasını inkar etmədi. Azərbaycan nümayəndə heyətinin bəzi üzvlərinin ordakı fəaliyyəti Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyəti tərəfindən rəsmi şəkildə pislənib, vətəndaş Cəmiyyətinun Forumunun İdarə Heyəti tərəfindən rəsmi şəkildə pislənilib, “Yeni Müsavat” qəzetindəki açıqlamalar isə yalanlanıb.(http://eap-csf.eu/assets/files/Statement-.pdf).


– Doğrudurmu, “People in Need“ təşkilatı Spitak zəlzələsindəki qurbanlara yardım məqsədilə yaradılıb?

– “People in Need“  1992-ci ildə Praqada qeyri-hökümət təşkilatı olaraq yaradılıb, əsas amalı humanizm, azadlıq, bərabərlik və həmrəylik olub. Bizim fəaliyyət sahəmiz, istiqamət və üstünlüklərimiz, problemin aktuallıq dərəcəsinə və bizim vəziyyəti dəyişmək üçün real imkanlarımızın olub-olmaması üzərindən formalaşır. Bizim üçün hər yerdə fəaliyət göstərmək vacib deyil, məhdud sayda bölgələrdə çalışıb, önəmli nəticələr əldə etmək vacibdir.

“People in Need“in qurucularından bəziləri təşkilat təsis olunmamışdan 4 il əvvəl, yəni 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ qurbanlarına humanitar yardım göstərən qrupa cəlb olunublarmış. Biz çox təəsüf edirik ki, bəzi Azərbaycan Kütləvi İnformasiya Vasitələri tərəfindən bu fakt bizim QHT-nin ermənipərəst olmasını əsaslandırmaq üçün istifadə olunur. Biz xüsusi vurğulamaq istərdik ki, bizim humanitar kömək və inkişaf sahəsindəki fəaliyyətimiz bütün dünya üzrə bir çox ölkələri əhatə edir, bunlara Əfqanıstan, Suriya, Efiopiya, Filippin, Ukrayna və bir sıra başqa ölkələr daxildir.


– Ermənistanla hansı layihələri həyata keçirmisiniz?

– Bizim Ermənistanda fəaliyyətimiz tamamilə humanitar yardım və inkişaf sahəsində olub. Biz işimizdə əhalinin  həssas təbəqələrinin dəstəklənməsinə üstünlük veririk. Təşkilatımız həssas qruplara sosial-hüquqi məsləhətlər təqdim etməklə və sosial xidmətlər göstərməklə kömək edir. Eyni zamanda sosial məsələlərdə maarifləndirici proqramlar həyata keçiririk, məsələn insan haqları və miqrasiya mövzusunda.  “People in Need” qeyri-kommersiya sektorun dəstəkləməyə üstünlük verir. Təşkilat yerli qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş səylərinə informasiya və nou-xou təqdim etməyə cəhd edir. Ermənistanda inkişaf sahəsində əməkdaşlığa ümumi büdcəmizin sadəcə 1,5%-i cəlb olunub. Təşkilatın bütün fəaliyyəti haqqında informasiya (maliyyə hesabatları daxil olmaqla) şəffafdır və təşkilatın veb səhifəsinə yerləşdirilmişdir.

 (

http://www.clovekvtisni.cz/en/annual-reports

)


– “People in Need“  təşkilatının qondarma Dağlıq Qarabağ Respublikasını dəstəkləməsi məsələsi doğrudurmu?

– Xeyr, bu iddia həqiqətəuyğun deyil.


– Vuqar Bayramov iddia edir ki, PİN nümayəndələri tərəfindən Berlin görüşlərində Dağlıq Qarabağın nümayəndə heyətinin iştirakı ilə bağlı PİN təmsilçisinin təklifi olub. Belə təklif olubmu? Olubsa, nə məqsəd daşıyıb?

– Berlində belə məsələ müzakirə olunmayıb. Hər kəs o görüşlərin protokol qeydlərini Vətəndaş Cəmiyyəti Forumunun rəsmi saytında tapa bilər.

(

http://eap-csf.eu/assets/files/SC-meeting-minutes-Berlin-29-30.06%287%29.pdf

)


– Qondarma Dağlıq Qarabağ Respublikasının vətəndaş cəmiyyətinin müstəqil olaraq və ya Ermənistan nümayəndə heyətinin tərkibində Şərq Tərəfdaşlığı Əməkdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunda iştirakı ilə bağlı sizin təşkilat tərəfdən təklif olubmu?

– Xeyr, biz heç vaxt belə məsələ qaldırmamışıq. Hətta başqa regionlardakı doldurulmuş münaqişə zonalarından olan həmkarlarımızın iştirakı məsələsi müzakirə olunanda belə qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndələrinin iştirakı İdarə Heyətinin toplantısında müzakirə olunmayıb.  Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin bütün toplantılarının protokol qeydlərini

www.eap-csf.eu

səhifəsində tapa bilərsiz.


– Sizin təşkilatın Forumda xüsusi statusu varmı?

– Xeyr, “People İn Need“  Forumun sadəcə üzv təşkilatlarından biridir. Sadəcə, 2013-cü ildə təşkilatımızın nümayəndəsi 1 illik müddətə Forumun İdarə Heyətinə seçilib.


– Batumidə Forumun açılış günündə, əslində, nə baş vermişdi?

– Biz 19 noyabr axşamı Forumun keçiriləcəyi məkanda, qeydiyyat stolunun yaxınlığında sərgini qurduq (niyə məhz Azərbaycanla bağlı yuxarıda xüsusi qeyd eləmişəm). Biz səhər ora gələndə sərgiyə qoyulan stendlər onların üstündə nə yazıldığı görünməməsi üçün arxa tərəfə çevrilmişdi. Biz stendləri yenidən düzəltmək istəyəndə Azərbaycan nümayəndə heyətinin üzvü Səlim Balayev plakatlardan birini cırdı və qışqıraraq bizim Azərbaycanı təhqir etməyə haqqımız olmadığını, öz ölkəmizdəki problemlərdən danışmalı olduğumuzu bildirdi.  Biz plakatı yenidən stendə taxanda Səlim Babayev yenidən plakatı cırdı və əlində plakat qaçmağa başladı. Plakatda Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və hazırkı prezident İlham Əliyevin şəkli vardı, şəklin üstünə “Ailə Biznesi” sözü yazılmışdı. Üstündən 1 saat keçəndən sonra həmin şəxs cırılmış plakatı qaytardı və biz onu yapışdıraraq yenidən eyni yerə asdıq. Bu dəfə Səlim Balayev siyasi məhbuslarla bağlı stendi iki hissəyə bölərək cırdı. Elə bu vaxt İdarə Heyətinin üzvü olan 2 qadın “Ailə biznesi” stendinin qarşısına keçərək onu yenidən Balayevin hücumundan qorusunlar. Bu zaman azərbaycanlı nümayəndə fiziki şəkildə onlara hücum çəkdi. O, xanımlardan birinin qolları göyərmişdi, çünki Balayev ona fiziki güc göstərərək plakatı yenidən cırmışdı. Bundan sonra Balayev bu məsələni nümayəndə heyətindəki dostlarıyla müzakirə eləməyə getdi. Vacib bir qeyd etmək istəyirəm ki, bu sərginin olacağı öncədən Forumun əlavə tədbirlər proqramında göstərilmişdi,  aydın şəkildə proqram bukletlərində və rəsmi internet səhifəsində məlumat verilmişdi.


– Niyə Batumidəki Forumda, sadəcə, Azərbaycandakı siyasi məhbuslarla bağlı stendlər asılmışdı?  Ordakı iştirakçılardan bəzilərinin yaydığı informasiyaya görə bu sərginin keçirilməsinin arxasında erməni aktivist Boris Navasardyan dayanır, bu nə qədər həqiqətə uyğundur?

– Biz Vətəndaş Cəmiyyəti Forumunun üzvü olan 2 kolleqamızın, Anar Məmmədli və Rəsul Cəfərovun həbsindən şok olmuşduq və hiddəqlənmişdik. Hansı ki, onların həbsi Avropa institutları və QHT ləri tərəfindən siyasi əsaslı hesab edilir. Bəli insan haqları baxımından bütün regionda vəziyyət yaxşı deyil. Amma məhz Azərbaycanda bu sahədə son aylarda həddən artıq pisləşib. Vətəndaş cəmiyyətinə edilən görünməmiş təzyiq nəticəsində bir çox hüquq müdafiəçiləri uydurma ittihamlarla həbs olundular.  Avropa Parlamenti Rəsul Cəfərov, İntiqam Əliyev və digər siyasi məhbusların həbsini qəti şəkildə pisləyən bəyanat qəbul elədi və onların təxirə salınmaz və qeyd-şərtsiz azadlığa buraxılmasını, eyni zamanda onlara qarşı irəli sürülən qondarma ittihamların götürülməsini tələb elədi.


http://www.europarl.europa.eu/document/activities/cont/201409/20140930ATT90294/20140930ATT90294EN.pdf

Avropa Komissarı Ştefan Fyule və Avropa İttifaqının xarici məsələlər üzrə ali nümayəndəsi Ketrin Eşton da həmçinin Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı narahatçılıqlarını bildirdilər və məhz Rəsul Cəfərovun, Anar Məmmədlinin və bir nəfər başqa siyasi məhbusun adını xüsusi vurğuladılar ki, o da Şərq Tərəfdaşlığı ölkələrinin Vətəndaş Cəmiyyəti forumunun üzvü və keçmişdə İdarə Heyətində təmsil olunub.


http://en.aidhr.org/?p=1364


http://eu-un.europa.eu/articles/en/article_14422_en.htm

Biz Vətəndaş Cəmiyyəti Forumunun üzvləri olaraq bu vəziyyətə sadəcə susa bilməzdik. Həmçinin qeyd etmək istərdim ki, Boris Navasardyan hər hansı bir şəkildə bu sərginin təşkilində iştirak etməyib. İdarə Heyətinin digər üzvləri ilə birgə həmin insident yaşanan yerdə olub, və bu iştirakın da sərgiyə aidiyyatı olmayıb. Biz onun şəklinin sərgiyə erməni aidiyyatl olması kimi təqdim olunmasından da çox hiddətlənmişik. Bir faktı xüsusi ilə və bir daha vurğulamaq istərdim ki, bu sərgini PİN və çex QHT-si olan Neseqnuti hazırlayıb. Başqa hər hansı bir təşkilat və ya şəxsin bu sərginin hazırlanmasında rolu olmayıb. Navasardyan isə sadəcə, Forumun İdarə Heyətinin üzvüdür və başqa İdarə Heyəti üzvləri kimi Forumda iştirak üçün orda olub.


– PİN niyə bu günə qədər Azərbaycanda nümayəndəlik açmayıb? Hansı ki, digər region ölkələrində nümayəndəlikləri olub.

– Biz Azərbaycanla işləməyə 2013-cü ildən başlamışıq. Son aylardakı situasiya da göstərir ki, Azərbaycan höküməti beynəlxalq QHT-lərin ölkədə fəaliyyətini xoş qarşılamır. Hazırda ölkədə beynəlxalq donorlar və QHT lərlə bağlı istintaq gedir. Hələ də Bakıda ofisləri olan beynəlxalq təşkilatlar artan təzyiq altındadır.  Məsələn, Human Rights House Network Azərbaycanda bütün fəaliyyətini dondurmaq məcburiyyətində qaldı.


http://humanrightshouse.org/Articles/19132.html


http://www.eurasianet.org/node/63330

 Və ya NDİ-in bir nümayəndəsi Bakıda saxlanılıb.


http://www.rferl.org/content/azerbaijan-activists-ndi-arrested-baku/24929004.html

Bu da bizim orda nümayəndəlik açmamağımıza əsas səbəbdir.

Ana səhifəXəbərlər“Sərginin təşkil olunmasının Ermənistan və Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur”