Sergey Lavrov: “İndi biz yalnız özümüzə və müttəfiqlərə arxalana bilərik”

Foto: Meydan TV

XİN rəhbəri deyir ki, Rusiya artıq Qərb tərəfdaşları ilə hesablaşmır

“Qərb Rusiyaya qarşı 5000-dən çox sanksiya tətbiq edib və sonra da davam edəcək. Ancaq buna artıq öyrəşmişik”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya artıq Qərb tərəfdaşları ilə hesablaşmır:

İndi biz yalnız özümüzə və yanımızda qalacaq müttəfiqlərə arxalana bilərik. Bu, geosiyasət kontekstində Rusiya üçün əsas nəticədir”.

Nazir deyib ki, onlar Qərbin üzünə qapını bağlamır:
“Onlar bizim üzümüzə qapını bağlayırlar”.

“Biz bunu bərabərlik, qarşılıqlı hörmət və maraqlar balansı axtarışı əsasında etməyə hazır olan hər kəslə əməkdaşlığa açığıq. Şərqdə, Rusiyanın şərqində yerləşən ölkələr bu prinsiplərə uyğun hərəkət etməyə daha çox meyllidirlər və biz, şübhəsiz ki, öz xeyrimizə, həmkarlarımızın xeyrinə onlara qarşılıq verəcəyik”, – deyə Lavrov əlavə edib.

Ana səhifəDünyaSergey Lavrov: “İndi biz yalnız özümüzə və müttəfiqlərə arxalana bilərik”