Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib

Azərbaycanın AŞPA-dakı yeni nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqlənib

Source:


Azərbaycanın AŞPA-dakı yeni nümayəndə heyətinin səlahiyyətləri tam şəkildə təsdiqlənib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın bu təşkilatda daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib.

Məlumatı “Azərtac”

yayıb

.

Yanvarın 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında qurumun vitse-prezidenti vəzifəsinə seçki keçirilib.

Bildirilir ki, həmçinin Azərbaycanın AŞPA-dakı yeni nümayəndə heyətinin səlahiyyətləri də tam şəkildə təsdiqlənib.

S.Seyidov ilk dəfə 2013-cü ilin yanvarında AŞPA vitse-prezidenti seçilmişdi. O, 20 vitse-prezidentdən biridir.

AŞPA-nın qış sessiyasının ilk toplantısında qurumun yeni prezidenti də təsdiqlənib. İtaliyalı deputat Mikele Nikoletti qurumun sədri

seçilib

.

AŞPA prezidenti Pedro Aqramunt ötən il oktyabrın 6-da rəsmən vəzifəsindən istefa vermişdi. Ötən ilin aprelində AŞPA Bürosu onu iclasa gəlmədiyinə, Dövlət Duması deputatlarının təşəbbüsü ilə Suriyaya səfər etdiyinə və Bəşər Əsədlə görüşü haqqında açıqlama vermədiyinə görə vəzifəsinin icrasından kənarlaşdırmışdı.

AŞPA sessiyası yanvarın 26-da başa çatacaq.

Toplantıda Avropada milli azlıqların dillərinin qorunması, Ukraynadakı vəziyyətin humanitar nəticələri, müasir idman idarəçiliyi, 2017-ci ildə Assambleyada monitorinq prosedurunun təkmilləşdirilməsi və bəzi ölkələrdə öhdəliklərin yerinə yetirilməsi məsələlərinə də baxılmalıdır.

Ana səhifəXəbərlərSəməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib