Şəkinin yeganə papaqçısı

Aqil ustanın tikdiyi papaqlar 25 manatdan başlayaraq 500-600 manata qədər davam edir

Aqil ustanın tikdiyi papaqlar 25 manatdan başlayaraq 500-600 manata qədər davam edir

Aqil Kərimov 1972-ci ildə Şəkidə anadan olub. 25 ildir ki, papaqçı işləyir. Dediyinə görə, əvvəllər Azərbaycanda 650 papaqçı olub, onlardan da 250-si Şəkidə yaşayıb. Hazırda Şəkidə Aqildən başqa heç kim bu sahə ilə məşğul olmur. Səbəb isə papaqçılığa olan marağın azalmasıdır.

Aqil usta deyir ki, sənətkarın yorğunluğu onun əl işinin satışından çıxır:

"Alver olmayanda həvəsdən düşürəm. Biz sənətkarların da yorğunluğu çəkdiyi əziyyətin bəhrəsini görəndə çıxır. Satış edəndə daha həvəslə işləyirəm, amma bəzən elə olur ki, günlərlə tikdiyim papaqları alan olmur".

"91-92-ci ildə Xalq Cəbhəsinin dövründə papaq tikib çatdıra bilmirdik. Hər gün 15-20 papaq tikib satırdıq. İndi isə ayda 5-10 papaq sifarişi olar, ya yox. Ata-baba sənətim olduğu üçün bunu tərk etmirəm, yoxsa başqa sahəyə gedərəm. Bu sənəti yaşatmaq istəyirəm" - deyir Aqil usta.

Aqil ustanın tikdiyi papaqlar 25 manatdan başlayaraq 500-600 manata qədər davam edir

Aqil ustanın tikdiyi papaqlar 25 manatdan başlayaraq 500-600 manata qədər davam edir

'Əvvəllər Şəkidə 250 papaqçı var idi, indi bu sənəti yalnız mən davam etdirirəm'

'Əvvəllər Şəkidə 250 papaqçı var idi, indi bu sənəti yalnız mən davam etdirirəm'

''Soldakı general papağıdır 1 həftəyə hazırlamışam, sağdakı da qədim kişilərin istifadə etdiyi ''Şahbəsənti'' papağıdır''

''Soldakı general papağıdır 1 həftəyə hazırlamışam, sağdakı da qədim kişilərin istifadə etdiyi ''Şahbəsənti'' papağıdır''

''Tikdiyim papaqlar dəfələrlə sərgilərdə nümayiş olunub''

''Tikdiyim papaqlar dəfələrlə sərgilərdə nümayiş olunub''

''Bəzən Şəkiyə gələn turistlər tikdiyim papaqlardan alır, amma yerli camaatımızın marağı azdır''

''Bəzən Şəkiyə gələn turistlər tikdiyim papaqlardan alır, amma yerli camaatımızın marağı azdır''

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/q10mui

Ən çox baxılan