Səid Dadaşbəylinin cəza müddəti bitib

Səid Dadaşbəyli ona verilən ittihamları sifarişli hesab edib

Source: Specify Source


“Nə vaxtsa əfv olunacağımı gözləmirdim”

Dövlət çevrilişinə cəhd və vətənə xəyanət ittihamıyla 14 il həbs həyatı yaşayan Səid Dadaşbəyli iyulun 15-də azadlığa çıxıb.

Bu barədə Meydan TV-yə danışan Səid Dadaşbəyli bildirib ki, onu iyulun 15-də səhər saat 11 radələrində buraxıblar:

“Günə gün cəzamı çəkdim və nə vaxtsa əfv olunacağımı gözləmirdim”.

Səid Dadaşbəyli ona verilən ittihamları sifarişli hesab edib:

“Həbsdə olanda da, indi də mənə qarşı ittihamları siyasi sifariş saymışam. Bunlar absurd idi. Çünki siyasətlə məşğul olmayan adamam. Bir sıra dostlarımın dövlət çevrilişində ittiham edilməsində məntiq yox idi”.


2007-ci ilin dekabrı

nda Səid Dadaşbəyli, Mikail İdrisov, Cahangir Kərimov, Fərid Ağayev, Rasim Kərimov, Samir Qocayev, Beybala Quliyev, Rəşad Əliyev, Ceyhun Əliyev, Emil Mehbəliyev, Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz İsmayılov AR Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28.2. ( yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq),180.3.1. (Soyğunçuluq. Mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278 (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə ittiham olunaraq, 8-14 il arası azadlıqdan məhrum edildilər. Onlara qarşı əməliyyatı Milli Təhlükəsizlik Nazirliyi keçirmişdi və məhkəmə prosesi qapalı idi.

Adları çəkilən gənclərin əksəriyyəti ali təhsilli olduqlarından xarici şirkətlərdə çalışırdı. Hazırda onlardan yalnız Ceyhun Əliyev həbsdədir, onun həbs müddətinin bitməsinə 3 ay qalıb.

Ana səhifəSiyasətSəid Dadaşbəylinin cəza müddəti bitib