Bu, seçkiöncəsi verilən 73-cü sərəncamdır
Martın 1-də Azərbaycan prezidenti İlham Əliyev səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında
sərəncam
imzalayıb.
Dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Bu, 2018-ci ildə imzalanan 91-ci sərəncamdır. Növbədənkənar prezident seçkisi elan olunan gündən – fevralın 5-dən isə 73 sərəncam verilib. Bu sərəncamların 18-i əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlikdir.
Bir gün öncə İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.
Ekspertlər
hesab edir
ki, prezidentliyə namizəd olan 7-8 nəfərdən biri hal-hazırda ölkə başçısıdır və onun konkret sosial qrupların rifahının yaxşılaşdırılması üçün atdığı addımlar seçkidə həmin şəxslərin səsinin qazanılmasına yönəlib.