Şəhid ailələrinə verilən təqaüdün məbləği artırıldı

Prezidentin fərmanı fevralın 1-dən icra olunmalıdır

Source: President.az
İlham Əliyev sərəncam imzalayır (arxiv foto)
İlham Əliyev sərəncam imzalayır (arxiv foto)


Prezidentin fərmanı fevralın 1-dən icra olunmalıdır

Şəhid ailələri üçün nəzərdə tutulan prezident təqaüdü artırılır. Yanvarın 30-da prezident İlham Əliyev bununla bağlı fərman

imzalayıb.

Fərmanda deyilir ki, şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Hazırda bu məbləğ 242 manatdır.

Yanvarın 28-də prezident və xanımı Mehriban Əliyeva şəhid ailələri ilə

görüşüb.

Görüşdə şəhid ailələrinə bildirilib ki, hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi məsələsi ilə bağlı problemlər həll olunacaq.

Prezident İlham Əliyev ötən ilin aprelin 19-da “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin (11 min manat) verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi hazırlansa da, indiyə qədər bir çox şəhid ailəsi müavinətlərini ala bilmədiklərini deyirlər.

Buna etiraz edən ailələr bir neçə dəfə aksiya keçiriblər.

Ana səhifəXəbərlərŞəhid ailələrinə verilən təqaüdün məbləği artırıldı