Səfirlik: ”İki ölkə arasında viza rejiminin tətbiqi gözlənilmir”

“Hazırda Türkiyə ilə Azərbaycan arasında viza rejiminin tətbiqi gözlənilmir”

Source:


“Hazırda Türkiyə ilə Azərbaycan arasında viza rejiminin tətbiqi gözlənilmir”

“Report”un məlumatın görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfirlikdən bildirilib ki, Türkiyənin Azərbaycan vətəndaşlarına viza tətbiqi edəcəyi haqda mətbuatda yayılan xəbərlər həqiqətə uyğun deyil: “Azərbaycan vətəndaşları turist kimi vizasız ölkəmizə 30 günlük səyahət edə bilərlər”.

Ötən gün Türkiyə KİV 89 ölkəyə, o cümlədən Azərbaycana viza tətbiq edəcəyi haqda xəbər yayıb.

Ana səhifəXəbərlərSəfirlik: ”İki ölkə arasında viza rejiminin tətbiqi gözlənilmir”