Səfir: Kardaşianın İnstagramında 66 milyon izləyicisinin olması onu hərbi ekspertə çevirmir

Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri belə düşünür.

Source:
Kardashian
Kardashian


Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri belə düşünür.

Elin Süleymanov

«Foreign Policy»

 dərgisinə müsahibəsində ABŞ-da realiti-şou ulduzu, erməni əsilli Kim Kardashian-la bağlı belə deyib.

“O, çox məşhurdur, izləyiciləri onu sevir. Ancaq hərb və sülh məsələləri realiti ulduzu üçün bir az ciddi məsələdir”, – Süleymanov telefon müsahibəsində deyib.

“Məndən də çox pis realiti şou ulduzu çıxardı, ona görə də tanış olmadığım sahəyə girmirəm. Kardashian-ın da hərbi, yaxud siyasi təhlilçi olmasından əmin deyiləm, yaxşı bildiyimiz işi görməliyik”, – səfir sözlərinə əlavə edib.

Kardashian bazar ertəsi Ermənistan təhlükəsizlik qüvvələrinə rəğbətini bildirən bir foto yerləşdirib. Ermənistan bayrağı taxılmış hərbi vertolyotlar və tankların fotosunun altında yazıb ki, “Ermənistanda və dünyada hər kəs üçün dua edirəm”.

Kardashian ötən il əri Kanye West ilə Yerevana səfər etmişdi. Onun “Instagram” səhifəsindəki #PrayForPeace (Sülh üçün dua et) həştəqi 500 min dəfədən çox bəyənilib.

Səfir Süleymanov müsahibəsində deyib ki, Dağlıq Qarabağ münaqişəsinin bəzən ABŞ-da müsəlman Azərbaycanının xristian Ermənistanı ilə dini savaşı kimi qələmə verilməsindən çaşbaş qalır: “Bu cür yozumlar yanlışdır, çünki bu münaqişənin dini aspekti yoxdur”.

Tərcümə: Azadlıq Radiosu

Ana səhifəXəbərlərSəfir: Kardaşianın İnstagramında 66 milyon izləyicisinin olması onu hərbi ekspertə çevirmir