Saxta istefa: Paşinyanın Ermənistanın Baş naziri vəzifəsindən getməsini necə başa düşmək olar?

Baş nazirin istefasını bəyan etməsi yenidən müxalif deputatların hiddətinə səbəb oldu

Source: Иллюстрация Мейдан ТВ



Ermənistanın Baş naziri Nikol Paşinyan istefa edib. Bu olay



irimiqyaslı



və kifayət qədər





radikal





etirazların fonunda baş verdi – insanlar hökumət binalarını





tutur





,



avtomobil yollarını kəsir



və aclıq elan edirdilər. Bununla belə, Paşinyanın istefasını güzəşt kimi qiymətləndirmək çətindir – bu, yəqin tez bir zamanda hakimiyyətə qayıtmaq üçün bir fənddir. Müxalifət bu fəndin konstitusiyaya zidd olduğunu bəyan edir.

Baş nazir Nikol Paşinyan aprelin 25-də getdiyini

bəyan edib

. Ermənistan Konstitusiyasına görə, bu, iyunun 20-də nəzərdə tutulmuş növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün zəruri şərtdir. Hazırda parlamentin özünü buraxması üçün qanunverici orqanın yeni hökumət başçısını iki dəfə seçməməsi lazımdır.

Növbədənkənar seçkiləri Ermənistandakı dərin siyasi böhran, – bu ilin payızında baş vermiş Qarabağ müharibəsindən sonra o daha da kəskinləşdi, – diktə edib. Bu müharibədə Ermənistanın məğlubiyyəti aşkar olduqdan dərhal sonra müxalifət baş nazirin istefaya getməsini tələb etdi. Lakin Paşinyan inadla bəyan etdi ki, ölkə sakinlərinin iradəsi ilə seçilib və yalnız müxalifət tərəfdarlarının tələbi ilə istefa verməyəcək. O, aylar sonra parlament müxalifəti ilə növbədənkənar seçkilərin keçirilməsi barədə razılığa gələ bildi.

Lakin Baş nazirin istefasını bəyan etməsi yenidən müxalif deputatların hiddətinə səbəb oldu. Əsas səbəb Paşinyanın hətta seçkiöncəsi müddət ərzində hakimiyyətdə qalmağa hazırlaşmasıdır. Bu, müxalifət üçün gözlənilməz olub – hakimiyyət opponentləri hesab edirdilər ki, Baş nazir könüllü istefadan sonra hökumət başçısı vəzifəsinin öhdəliklərini yerinə yetirə bilməz.

Paşinyan vətəndaşlara müraciətində qeyd edib ki, seçkiöncəsi müddət ərzində hökumət başçısının öhdəliklərini yerinə yetirməyə davam edəcək. Baş nazirin bəyan etdiyi kimi, rəhbəri olduğu “Vətəndaş müqaviləsi” partiyası seçkilərdə iştirak edəcək, o isə Baş nazirə

namizəd olacaq

.

“Əgər xalq mənim Baş nazir vəzifəsindən getməli olduğumu qərara alarsa, mən onun arzusunu gerçəkləşdirəcəm. Əgər xalq mənim Baş nazir vəzifəsində qalmalı olduğuma qərar verərsə, mən bu qərara da əməl edəcəm”, – o vəd edib.

Paşinyanın saxta istefası Ermənistanda ən çox müzakirə olunan mövzulardan biridir. “JAMnews” bununla bağlı

rəy toplayıb

.


Müxalifət: dövlət mühafizəsini ləğv etmək və iqamətgahı azad etmək

Vahid Ermənistan müxalifət partiyasının lideri, hüquqşünas Artur Kazinyan belə hesab edir: “Nikol Paşinyan istefa verib, deməli, o artıq Ermənistanın Baş naziri deyil. Yaranmış vəziyyətdə (Baş nazirin müavini) Tiqran Avinyan hökumətin növbədənkənar iclasını çağırmalı, Baş nazirin öz səlahiyyətlərini yerinə yetirməsinin imkansızlığını təsdiqləməli və Baş nazirin vəzifələrini müvəqqəti olaraq öz öhdəsinə götürməlidir”.

Müxalifətçi Kazinyan Milli Təhlükəsizlik Xidmətini Paşinyanın dövlət mühafizəsini dayandırmağa, hökumətin işlər idarəsinin rəhbərini isə Baş nazirin kabineti və ailəsi ilə birgə yaşadığı iqamətgahı tərk etməsi üçün ölçü götürməyə çağırıb.

Maarifçi Ermənistan Partiyasından olan deputat Taron Simonyan həmçinin düşünür ki, Nikol Paşinyan istefada olduğu halda Baş nazirin vəzifələrini yerinə yetirə bilməz:

“Qanunda dəqiq formul yoxdur. Sözsüz ki, kim necə istəyir, o cür də şərh edir. Amma əgər məsələyə peşəkar yaxınlaşmalı olsaq, əgər adam istefa verirsə, əvvəlki funksiyaları yerinə yetirə bilməz. İstefanın məğzi də elə budur”.

Paşinyanın sələfi Serj Sarkisyan gerçəkdən istefa verib, belə ki, Paşinyanın rəhbərlik etdiyi məxməri inqilab onu buna məcbur edib. Müxalifətin baxışlarını bölüşən hüquqşünas Tiqran Atanesyan bu barədə xatırladıb:

“Serj Sarkisyan istefa verəndən sonra (2018-ci ilin aprelində, “məxməri” inqilab zamanı) müvəqqəti olaraq Baş nazirin öhdəliklərini yerinə yetirməyib, öz səlahiyyətlərini Baş nazirin müavini Karen Karapetyana ötürüb”.

Onun dediyinə görə, səlahiyyətlərin ötürülməsi məhz bu cür olmalıdır: “Baş nazirin istefasından sonra onun öhdəliklərini müavinlərdən biri öz üzərinə götürməlidir”.

Atanesyanın qiymətləndirməsinə görə, partiya hakimiyyəti qəsb etmək istəyir, bu isə Ermənistandan cinayət kodeksi ilə cəzalandırılır.

Ana səhifəSiyasətSaxta istefa: Paşinyanın Ermənistanın Baş naziri vəzifəsindən getməsini necə başa düşmək olar?