Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti 3 aprel terror aktını törətməkdə şübhəli sayılan şəxsin adını açıqlayıb
Aprelin 3-də Rusiyanın Sankt-Peterburq şəhər metrosunda törədilən
terror
aktı nəticəsində bir azərbaycanlının öldüyü dəqiqləşib. Hələlik Onun Azərbaycan vətəndaşı olub-olmadığı araşdırılır.
İlkin məlumata əsasən 21 yaşlı Dilbarə Əliyeva ağır xəsarət aldıqdan sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumatı APA-nın Rusiya bürosuna Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov verib.
Bildirib ki, həlak olan həmyerlimiz Dilbər Əliyeva dünən yaralı halda İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Son məlumata görə, Qırğızıstan Dövlət Təhlükəsizlik Xidməti 3 aprel terror aktını törətməkdə şübhəli sayılan şəxsin adını açıqlayıb.
Məlumatı “İnterfaks” agentliyi yayıb.
Bu, 1995-ci ildə Qırğızıstanın Oş vilayətində anadan olmuş, hazırda Rusiya vətəndaşı olan Akberjon Cəlilovdur. Hələlik Cəlilovun terror aktını törətdiyi ehtimal edilir.
Qırğızıstan Dövlət Təhlükəsizlik Xidmətinin Oşdakı müvafiq strukturları Ə. Cəlilovla bağlı bütün məlumatları, əlaqələri araşdırır.