Salam Sarvan AYB-dən getdi (yenilənib)

“Bu, kimlərəsə qarşı addım deyil, kimlərəsə qarşı acıq deyil, kimlərdənsə inciklik də deyil”

Source:


16.00. “AYB-yə girmək də könülllüdür, çıxmaq da, Salam Sarvan çıxıb canı sağ olsun”.

Bu sözləri Kulisə açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.

Sədr daha sonra bildirib ki, Salam Sarvanla təşkilat arasında heç bir problem yaşanmayıb: “Onun kitabını buraxmışıq, Salam haqqında məqalə yazmışam. İndi çıxıbsa, canı sağ olsun. Onun qərarına hörmətlə yanaşırıq.”


Salam Sarvan isə AYB-nin onu kitabını buraxdığını xatırlaya bilmir.


“Bu, kimlərəsə qarşı addım deyil, kimlərəsə qarşı acıq deyil, kimlərdənsə inciklik də deyil”

Bu barədə şair Salam Sarvan Facebook səhifəsində yazıb.

“Yazıçılar Birliyindən çıxdım. Yəni indi elan edirəm. Bu, kimlərəsə qarşı addım deyil, kimlərəsə qarşı acıq deyil, kimlərdənsə inciklik də deyil. Sadəcə, düşünürəm ki, yaş ardıqca əlavə yüklərdən boşalmaq, yüngülləşmək lazımdı. Ümumən, bütün məsələlərdə belə bi düstura inanıram: hələ ki gec deyil!”,-deyə şair qeyd edib.

Ana səhifəXəbərlərSalam Sarvan AYB-dən getdi (yenilənib)