Şahin Novruzlu atasının məzarını ziyarətə getdi

Bəxtiyar Quliyev və Elsevər Mürsəlli isə Fəxri Xiyabana, sabiq dövlət başçısı Heydər Əliyevin qəbrinin ziyarətinə yollandılar

Source:


Bəxtiyar Quliyev və Elsevər Mürsəlli isə Fəxri Xiyabana, sabiq dövlət başçısı Heydər Əliyevin qəbrinin ziyarətinə yollandılar

Oktyabrın 18-də Müstəqillik Günü ilə bağlı prezidentin imzaladığı Əfv Fərmanının icrasına başlanılıb. Meydan TV-in Kürdəxanı cəzaçəkmə müəssisəsi qarşısından verdiyi məlumata görə, NİDA üzvü Şahin Novruzlu azad olunan kimi ötən həftə vəfat edən atası İbrahim Novruzlunun məzarını ziyarətə gedib. O, jurnalistlərə heç bir açıqlama verməyib.

Digər NİDA-çılar Bəxtiyar Quliyev və Elsevər Mürsəlli isə Fəxri Xiyabana, sabiq dövlət başçısı Heydər Əliyevin qəbrinin ziyarətinə yollandılar.

Əməkdaşımız bildirib ki, hər iki NİDA-çı öz istəyilə Fəxri Xiyabana aparılıblar.

“Kamil Vətəndaş” İctimai Birliyinin rəhbəri Həsən Hüseynli isə Azadlıq Radiosuna söyləyib ki, özü prezidentə azad olunması üçün müraciət edib: “Bildirmişdim ki, mənə böhtan atılıb, işimə düzgün baxılsın. Ancaq azad edilməyim mənim üçün gözlənilməz oldu”.

“Bəli, həbsdən çıxacağımı gözləyirdim, amma belə tezliklə olacağını yox. Prezidentə təşəkkür edirəm. Azadlığa çıxmağım gözlənilməz oldu deyə, hələ ki konkret planlarım yoxdur. Mənim fəaliyyətim Azərbaycan gəncliyi üçün faydalı iş idi. Fəaliyyətimi davam etdirəcəyəm”, – deyə Həsən Hüseynli bildirib.

Ana səhifəXəbərlərŞahin Novruzlu atasının məzarını ziyarətə getdi