Sahibkarlara vergidə güzəşt olmayacaq

“Sahibkarlar vergi öhdəliklərini vaxtında və tam yerinə yetirməli, uçotu düzgün aparmalı və vergi ödəməkdən yayınmamalıdırlar”

Source:


“Sahibkarlar vergi öhdəliklərini vaxtında və tam yerinə yetirməli, uçotu düzgün aparmalı və vergi ödəməkdən yayınmamalıdırlar”

Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda V Vergi Forumu öz işinə başlayıb. Dünya Bankı nümayəndələri də iştirak etdiyi üçün tədbiri beynəlxalq adlandırmaq olar. Forumda Prezident Adminstrasiyası, Milli Məclis, Nazirlər Kabineti və digər dövlət orqanlarının, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, yerli bankların, qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak edirlər.

“Turan”ın məlumatına görə, vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, ötən il ÜDM 1 faiz artıb. İqtisadiyyata $20 mlrd investisiya qoyulub. Bunun yarısı xarici investisiyadır. O qeyd edib ki, dövlət büdcəsinin gəlirlərini artırmaq lazımdır. Bunun üçün sahibkarlar və biznes strukturları ciddi iş görməlidirlər. Onlar vergi öhdəliklərini vaxtında və tam yerinə yetirməli, uçotu düzgün aparmalı və vergi ödəməkdən yayınmamalıdırlar.

Ana səhifəXəbərlərSahibkarlara vergidə güzəşt olmayacaq