Şagirdi döyən müəllim cəzalandı


“Təkrarlasa məktəbdən uzaqlaşdırılacağı xəbərdarlığı etmişik”

Şagirdini döyən müəllim cəzalandırıldı. Olay Astara rayonundakı orta məktəblərdən birində baş verib.

Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova APA-ya deyib ki, rayonun Şiyəkəran kəndindəki 1 saylı tam orta məktəbin müəllimi Namiq Qəhrəmanov 9-cu sinif şagirdini döyməsinə görə töhmət alıb.

“Müəllim daha həmin sinifdə dərs deməyəcək. Ona təkrar belə hal baş verərsə, məktəbdən uzaqlaşdırılacağı xəbərdarlığı edilib”.

Bir müddət öncə sosial şəbəkələrdə Astara rayonunun Şiyəkəran kəndindəki 1 saylı tam orta məktəbin müəllimi Namiq Qəhrəmanovun 9-cu sinif şagirdi E.Ələkbərovu döyməsi ilə bağlı video yayılmışdı.

Müəllim buna səbəb kimi məktəblinin dərsdə özünü intizamsız apardığını demişdi.

Ana səhifəVideoŞagirdi döyən müəllim cəzalandı