Sabirabadda su kanalında 3 uşağı cərəyan vurub

Sabirabadda su kanalı. Foto: mst.gov.az

Ölənlərdən ikisi əkiz qardaşdır

Sabirabadda su kanalında 1 yeniyetməni və 2 azyaşlını elektrik cərəyanı vurub. Onların üçü də həyatını itirib.

Hadisə iyulun 31-də saat 11:30 radələrində rayonun Cavad kəndindəki su kanalında baş verib. Həyatını itirənlərin qohum, ikisinin isə əkiz qardaşlar olduğu bildirilir. Bunlar 2007-ci il təvəllüdlü Orxan Əliyev, 2011-ci il təvəllüdlü Nihad və Əjdər Əlizadələrdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Meydan TV-yə bildirilib ki, polis əməkdaşları hazırda hadisə yerində araşdırma aparır.

Yeniyetmə və uşaqların ölümüylə əlaqədar prokurorluqda istintaq aparılır. Sabirabad rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3 (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

Ana səhifəXəbərlərSabirabadda su kanalında 3 uşağı cərəyan vurub