Sabirabad və Saatlıda aksiyalar keçirilir

Kəndlilərin etirazından yerli icra orqanları öncədən xəbər tutaraq tədbirlərə başlayıblar. Artıq səhər saatlarından hər iki rayonun polis şöbələrinin əməkdaşları kəndlərə gəlməyə başlayıb.

Source:

Vətəndaşlar təxminən bir neçə saat rayon mərkəzinə gedən yolları kəsərək etiraz ediblər. Polisin müdaxiləsindən sonra aksiyaçılar dağılıblar. Lakin polislər saat 17-dək kəndləri tərk etməyiblər.


***

Kəndlilərin etirazından yerli icra orqanları öncədən xəbər tutaraq tədbirlərə başlayıblar. Artıq səhər saatlarından hər iki rayonun polis şöbələrinin əməkdaşları kəndlərə gəlməyə başlayıb.

 Aprelin 10-da Saatlının Yeni Novruzlu, Sabirabadın Muradbəyli, Qasımbəyli, Camallı kəndləri polis mühasirəsinə alınıb. Bu barədə Meydan TV-yə məlumat verən AXCP-nin Sabirabad rayon şöbəsinin üzvü, Camallı kəndinin sakini Tanrıverdi Həsənov bildirdi ki, Yeni Novruzlu Saatlı rayonuna aid olsa da, Sabirabadın adıçəkilən kəndləriylə qonşudur: “Həm də bu kəndlərə eyni elektrik xətdindən enerji verildiyindən problem yarananda hamısı işıqsız qalır. İnsanlar buna görə rayona gedən yolu bağlamaqla etirazlarını ifadə etmək istiyirdilər”.

Tanrıverdi Həsənov deyir ki, səhər tezdən çoxlu sayda polis maşını kəndlərə doğru yön alıb:

“Onsuz da neçə gün idi işıq problemi yaşayırdıq və insanların enerji borcu olması təbiidir. Rayonda işsizlik baş alıb gedir, işləməyən adam necə borc verə bilər?! Görünür, Sabirabad və Saatlı rayonlarının rəhbərlikləri aksiyadan öncə xəbər tutduqlarından öncədən addım atıblar. Çünki kəndlərə hər iki rayonun polislərini tökmüşdülər”.

Kənd sakini hər ailənin borcunun 200-400 civarında olduğunu bildirdi. Buna görə cərimələr daha çoxdur.

Ana səhifəXəbərlərSabirabad və Saatlıda aksiyalar keçirilir