Sabiq YAP-çı deputat Gülər Əhmədova azad olundu

Cəzası 3 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib

Source:


Cəzası 3 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib

Mayın 5-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib. Və sabiq deputat məhkəmə zalından azadlığa buraxılıb (APA).

Artıq 2 ildən çoxdur ki, sabiq YAP-çı deputat Gülər Əhmədova ətrafında baş verən olaylar Azərbaycan ictimaiyyətinin ən çox müzakirə etdiyi məsələlərdən hesab edilir. G.Əhmədova  fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra cinayət məsuliyyətinə cəlb olunmuşdu. Həmin ərəfədə o, deputat mandatından da imtina etdi.

Nəhayət, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum olundu. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kiminəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib.

Ana səhifəXəbərlərSabiq YAP-çı deputat Gülər Əhmədova azad olundu