Nikola Sarkozi polis nəzarətində qalacaq
Fransanın sabiq prezidenti Nikola Sarkozi Nantere polisinin iki günlük dindirməsindən sonra martın 21-də sərbəst buraxılıb.
Ancaq ona qarşı korrupsiya və Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsi ittihamı irəli sürülüb.
Le monde
yazıb
ki, N.Sarkozi polis nəzarəti altında qalacaq.
Fransanın sabiq prezidenti Nikola Sarkozi martın 20-də Nantere polisi tərəfindən
saxlanılmışdı
.
Nikola Sarkozi 2007-2012-ci illərdə Fransanın prezidenti olub.