O, Liviyadan qanunsuz maliyyələşməyə görə dindirilir
Fransanın sabiq prezidenti Nikola Sarkozi martın 20-də Nantere polisi tərəfindən saxlanılıb.
Le Monde
yazır ki
, Nikolo Sarkozini 2007-ci il seçki kampaniyası zamanı Liviya tərəfindən qanunsuz maliyyələşməyə görə dindirilməyə çağırıblar.
Sabiq prezidentin əvvəlki istintaq dindirmələrində bütün ittihamları rədd etdiyi qeyd olunur.
Qəzet ilk dəfə bu barədə 2013-cü ildə araşdırma aparıldığını bildirir.
Sabiq prezidentə 48 saat ərzində ittiham elan olunmalıdır.
2016-cı ilin payızında liviyalı iş adamı Ziyad Takkedin bildirmişdi ki, Nikola Sarkozi 2006-2007-ci illərdə Fransanın daxili işlər naziri olarkən onun yaxın adamı Klod Qeanla gələcək prezidentə 5 milyon avro verilməsində iştirak edib.
Həmin vəsait Liviyanın prezidenti Müəmmar Qəddafi tərəfindən Sarkozinin seçki kampaniyasına ayrılmışdı. Bundan sonra Klod Qean 2 il azadlıqdan məhrum edildi.
Eyni zamanda, prokurorluq Nikola Sarkozini 2017-ci ilin avqustunda Qətər hakimiyyətindən rüşvət almaqda şübhəli bilmişdi.
Nikola Sarkozi 2007-2012-ci illərdə Fransanın prezidenti olub.