Sabiq polis rəisinin oğlu avtomobil qəzasında öldü

Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

Source:


Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

Daxili İşlər Nazirliyi (DİN) sabiq polis rəisi Möhübbət Hüseynovun oğlunun törətdiyi qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 4-də saat 19 radələrində İmişli rayonunun Allahmədətli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “Range Rover” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qəza nəticəsində ölən Anar Hüseynov sabiq polis rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğludur.

Ana səhifəXəbərlərSabiq polis rəisinin oğlu avtomobil qəzasında öldü