Sabiq müdafiə naziri Çexiya vətəndaşı oldu

Səfər Əbiyev Çexiyada olması xəbərini də təkzib etmədi, sadəcə…

Source:


Səfər Əbiyev Çexiyada olması xəbərini də təkzib etmədi, sadəcə…

Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev 2015-ci ili Çexiyada qarşılayıb. Keçmiş nazir bu ölkədə aldığı mülkündə bayramı qeyd edib və vətəndaşlıq məsələsinə də son qoyub.

Bu barədə Axar.az-a verilən məlumatda iddia olunur ki, keçmiş nazir Çexiya vətəndaşlığını alıb.

Onun ikili vətəndaşlığı olduğu – Azərbaycanla bərabər Çexiya vətəndaşı da aldığı bildirilir. Amma Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığı qadağan edir.

Hazırda Çexiyada yaşayan və oranın vətəndaşı olan həmyerlimiz Zamiq Məmmədli isə Facebook səhifəsində bu məlumatı paylaşıb və sabiq nazirlə bir ölkənin vətəndaşı olduqlarını qeyd edib.

S.Əbiyevin istefaya göndərildiyi ilk günlərdə ölkəni birdəfəlik tərk etməsi haqda xəbərlər yayılırdı. Ancaq məlumatların heç biri təsdiqlənmədi və S.Əbiyev tərəfindən birmənalı təkzib olundu.

Bununla belə, keçmiş nazir Çexiyada olması xəbərini də təkzib etmədi, sadəcə ölkədən həmişəlik getmədiyini açıqladı.

1995-ci ildən Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışan Səfər Əbiyev 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.

Ana səhifəXəbərlərSabiq müdafiə naziri Çexiya vətəndaşı oldu