Sabah yenə qar yağacaq

Şimal-qərb küləyi mülayimləşəcək

Source:


Şimal-qərb küləyi mülayimləşəcək

Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,  yağıntı gündüz tədricən kəsiləcək. Şimal-qərb küləyi mülayimləşəcək. Gecə 1-4 dərəcə şaxta, gündüz 0 dərəcə olacaq.

Yanvarın 9-da  Azərbaycanın bölgələrində fasilələrlə qar yağacaq, gecə bəzi yerlərdə intensiv olacaq. Yağıntı gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə şaxta, gündüz 5-10 dərəcə şaxta olacaq.

Ana səhifəXəbərlərSabah yenə qar yağacaq