Saatlıda növbəti kütləvi zəhərlənmə olduğu bildirilir

Həkim: “İşçiləri sadəcə gün vurub”

Source:
Pambıq əkimi (arxiv)
Pambıq əkimi (arxiv)

İyunun 29-da Saatlı rayonundakı pambıq tarlalarının birində daha bir zəhərlənmə hadisəsinin olduğu bildirilir. Rayon sakinləri Meydan TV-yə 25 nəfərin zəhərləndiyini söyləyiblər:

“Həmin şəxslər Saatlı rayonunun Məmmədabad və Əliabad kəndinin sakinləridir. Pambıq tarlasında çalışarkən zəhərləniblər. Onların hamısı Saatlı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb”.

Meydan TV hadisənin doğruluğunu yoxlamaq üçün Saatlı rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxananın baş həkiminin müavini Adəm Əliyev təcili yardıma sahədə çalışan insanların gətirildiyini təsdiqləyib. Ancaq onların zəhərlənmədiyini, günvurma nəticəsində hallarının pisləşdiyini söyləyib:

“Hər birinin vəziyyəti yaxşıdır. Onlara ilkin yardım göstərilib. Hazırda çoxu evlərinə buraxılıb. Sıra ilə hər birinə baxırıq. Sahədə çalışan həmin insanları sadəcə gün vurub, zəhərlənməyiblər”.

Son iki həftə ərzində bir neçə rayonda pambıq sahəsində kütləvi

zəhərlənmə

halları olub.

Bunlardan biri İmişlinin Aranlı kəndində

baş verib

. Pambıq tarlasında 60 nəfərədək adam olub. Xəstəxanada 24 xəstə saxlayıblar, qalanlarını evə buraxıblar.

İyunun 20-də iyirmidən çox şəxs Yevlax Şəhər Xəsətxanasına müraciət edib. Onların Tərtər rayonunun Xoruzlu kəndindəki pambıq tarlasında çalışdıqları deyilirdi.

İyunun 19-da da İmişli rayonundakı pambıq sahələrinin birində günəmuzd işləyənlər zəhərlənmə ilə bağlı kütləvi şəkildə xəstəxanaya üz tutmuşdular. Rəsmi mənbələr zəhərlənənlərin 80 nəfərə yaxın olduğunu, işçilər isə sayın 500-ə çatdığını

deyirdilər

.

İlk zəhərlənmə hadisəsi iyunun 10-da Saatlı rayonunun Sımada kəndi ərazisində qeydə alınıb. 24 nəfər, iyunun 17-də isə Tərtər rayonunun Seydimli kəndində 14 nəfər xəstəxanaya gətirilib.

Ana səhifəXəbərlərSaatlıda növbəti kütləvi zəhərlənmə olduğu bildirilir